ÇƏKİC (ID - 6885)is. 1. Mıx vurmaq, metal döymək və b. bu kimi işlərdə işlədilən metal və ya taxta dəstəyə keçirilmiş müxtəlif formalı metal alət; toxmaq. Çəkiclə mıx vurmaq. Dülgər çəkici. Dəmirçi çəkici. Daşdoğrayan çəkic. - [Camal:]...
|
ÇƏKİCLİ (ID - 6886)sif. 1. Əlində çəkic olan, çəkiclə işləyən. Maşının arxasınca üzlərinin xətləri seçilməyən, yaxaları açıq, əlləri çəkicli adamlar gəlir. S.Hüseyn. [Qara kişi:] Fərmanı gələcəkdə özü kimi əli mişarlı, rəndəli...
|
ÇƏKİK (ID - 6887)sif. Bir yana doğru çəkilmiş, dartılmış kimi olan. Afəridə xanım çəkik gərdənini oynadıb otağa gedəndə Səlim gördü ki, tacirin gözləri işıqlanıb. M.İbrahimov.
// İçəriyə doğru çəkilmiş; batıq. |
ÇƏKİL (ID - 6888)is. 1. bot. Əsasən yarpağı baramaqurduna yedirilmək üçün əkilən tut ağacı növü. [Aqronom:] Beş ildə verdiyiniz məlumata görə on altı min çəkil, altı hektar meyvə bağı salmısınız. B.Bayramov.
2. Həmin ağacın barama qurduna... |
ÇƏKİLİ (ID - 6889)sif. Üzərində çəkisi olan; tikməli (bax çəki2#). [Evin kişisinin] qırxılmış başında paxlava çəkili ağ araqçın, əynində qara şaldan belibüzməli don .. vardır. H.Sarabski. [Qız] boş vaxtlarında Aslan üçün yadigar olaraq çəkili...
|
ÇƏKİLİŞ (ID - 6890)is. Çəkilmək işi; çəkilmə. Yol çəkilişi. Elektrik xətti çəkilişi.
|
ÇƏKİLLİK (ID - 6891)is. Çoxlu çəkil əkilmiş sahə, çəkil bağı. Çəkilliyi sulamaq. - Yayın cırcıramalı günlərindən birində Səltənətlə Cəmil kəndin qırağındakı çəkillikdə görüşdülər. Ə.Vəliyev. ..Məsmə, Səkinə, Pəri çəkillikdə...
|
ÇƏKİLMƏ (ID - 6892)1. “Çəkilmək”dən f.is.
2. is. coğr. Dəniz suyu səviyyəsinin vaxtaşırı olaraq enməsi, düşməsi, geriləməsi. Qabarma və çəkilmə hadisəsi. |
ÇƏKİLMƏK (ID - 6893)1. “Çəkmək”dən (1-3, 5-8, 10-13, 15, 18-21, 23-27 və 30-cu mənalarda) məch.
f. Durduğu, dayandığı yerdən başqa bir şeyin yanma, yaxud başqa bir tərəfə hərəkət edib durmaq. Qapıya tərəf çəkilmək. - 0ölə xanım kor-peşman... |
ÇƏKİM (ID - 6894)is. 1. Çəkmək işi; çəkmə.
2. Rəqəmlərlə: - bir çəkim - bir dəfə çəkməyə, işlədilməyə, bir dəfəliyə kifayət edəcək miqdar. Bir çəkim maxorka. - [Zülfüqar:] Bir çəkim tənbəki ver, Nəcəfalı baba, səhərdən qəlyansızam,... |
ÇƏKİNDİRMƏ (ID - 6895)“Çəkindirmək”dən f.is.
|
ÇƏKİNDİRMƏK (ID - 6896)f Qəbahətli, pis bir işdən saqındırmaq, saxlamaq, qaytarmaq. [Sevinc:] Buraxılan bir səhv insanı həmişə yanlış işlərdən çəkindirir. Z.Xəlil.
|
ÇƏKİNGƏN (ID - 6897)sif. Hər şeydən çəkinən, qorxan, ürkən, ehtiyat edən; cəsarətsiz.
|
ÇƏKİNGƏNLİK (ID - 6898)is. Çəkingən adamın xasiyyəti.
|
ÇƏKİNMƏ (ID - 6899)“Çəkinmək”dən f.is.
|
ÇƏKİNMƏDƏN (ID - 6900)zərf 1. Qorxmadan, ehtiyat etmədən, sərbəst surətdə. Çəkinmədən fikrini söyləyə bilərsən. [Güləsərlə Salatın] elə uşaqlıqdan Kürdə yan-yana çimir, birbirindən çəkinmədən soyunub suya atılırdılar. İ.Şıxlı.
Həyasızcasına,... |
ÇƏKİNMƏK (ID - 6901)f 1. Hər hansı bir səbəbə görə bir şeyi etməyə əli getməmək. [Pərzad:] Səndən [Bayramdan] çəkinirəm. Əgər sən rüsxət versən, bir gün bu dərdlə özümü sağ qoymanam! M.F.Axundzadə. ..Ancaq [Gülpəri] Baharı aşkar qovmaqdan...
|
ÇƏKİNMƏZ (ID - 6902)sif. Heç bir şeydən çəkinməyən, qorxmayan, ehtiyat etməyən.
|
ÇƏKİNTİ (ID - 6903)is. Papiros, siqaret kötüyü (qırıntısı).
|
ÇƏKİSİZ (ID - 6904)1. sif. Çəkisi, ağırlığı olmayan. Çəkisiz qız.
2. zərf Tərəzidə çəkmədən, çəkisini müəyyən etmədən. Qarpızı çəkisiz satmaq. |
ÇƏKİSİZLİK (ID - 6905) |
ÇƏKİŞDİRMƏ (ID - 6906)“Çəkişdirmək”dən f.is.
|
ÇƏKİŞDİRMƏK (ID - 6907)1. f Əlləşdirmək, dartışdırmaq, yavaşca dartmaq. Saçını çəkişdirmək. - Tahir xallı atı quzu kimi oxşayıb sevdi, onun yalmanını çəkişdirdi. S.Rəhimov.
f Dartmaq, çəkmək. [Ələmdar] ..qapının tutacağından yapışdı,... |
ÇƏKİŞMƏ (ID - 6908)1. “Çəkişmək”dən f.is.
Mübahisə, münaqişə, dava, qalmaqal. Qoşulmaq istəmirdim mən bu çəkişmələrə; Ancaq çox nahaq yerə! B.Vahabzadə. |
ÇƏKİŞMƏK (ID - 6909)qarş. 1. Mübarizə etmək, çarpışmaq. Çəkişməsən bərkiməzsən. (Ata. sözü). Çox adam [İslamdan] çəkinər, onunla çəkişmək istəməzdi. S.Hüseyn.
Mübahisə etmək. Bu arada müştərilər hərlənir, qiymət üstündə uzun-uzadı... |
ÇƏKMƏ (ID - 6910)1. “Çəkmək”dən f.is.
Bax botinka. // Ümumiyyətlə, ayaqqabı. Gəzən adamlar [Dəmirovun] uzunboğaz çəkmələrinə, boz şinelinə diqqət yetirirdilər. S.Rəhimov. [Zəhranın] ayağında dizdən əsgər çəkməsi vardı. Ə.Vəliyev. məh.... |
ÇƏKMƏCƏ (ID - 6911)is. Yeşik, siyirmə (stol və s.-də). [Ağaverdi] vaxtilə əlindəki vərəqələrin nömrələrini qarşısında oturduğu masanın çəkməcəsinin alt tərəfinə yazmış(dı). S.Hüseyn.
|
ÇƏKMƏÇİ (ID - 6912)is. Ayaqqabı tikmək və təmir etməklə məşğul olan adam. Çəkməçilər önündə döşlük, əldə çərməki, ayaqyalın çıxmışdılar. Mir Cəlal.
|
ÇƏKMƏÇİLİK (ID - 6913)is. Çəkməçinin sənəti, ayaqqabı tikmək və təmir etməklə məşğul olma.
|
ÇƏKMƏK (ID - 6914)f 1. Bir şeyi tutub özünə və ya başqa bir tərəfə dartmaq. İpi çəkmək.
Özünə tərəf çəkərək açmaq. Yazı stolunun yeşiyini çəkmək. Kamodun gözünü çəkmək. - Sədr stolun siyirməsini çəkib, böyük bir yazılı vərəq... |
ÇƏKMƏLİ (ID - 6915)sif. Çəkmə geymiş, ayağında çəkmə olan.
// Ayaqqabı geymiş, ayağında ayaqqabı olan. “Anasının balası, elə çalıb oxumazlar”. Bu sözləri deyən uca boylu, buxara papaqlı, bənövşəyi şivyotdan köynək və qəlifə şalvar... |
ÇƏKMƏLİK (ID - 6916)sif. Çəkmə tikmək üçün yarayan, çəkmə tikmək üçün ayrılmış. Çəkməlik dəri.
|
ÇƏKMƏSİLƏN (ID - 6917)is. Ayaqqabı silmək və rəngləməklə məşğul olan adam. Çəkməsilən mənimlə öcəşməyə və məni ələ salmağa başlamışdı. M.S.Ordubadi.
|
ÇƏLƏNG (ID - 6918)is. Gül və ya bitkilərdən dairə şəklində hörülmüş zinət, bəzək. Bu yaxında bir də ora qayıdaram mən; Bəxtiyarın qəbri üstə qoyarıq çələng. Ə.Cəmil. Gənc qızlar yüyürüşüb oğlanın başına ətirli dağ çiçəklərindən...
|
ÇƏLİK1 (ID - 6919)is. Əl ağacı, əsa. [Müəllim] çəliyini əlinə alıb, yavaş-yavaş Qaçaygilə getdi. Ə.Vəliyev. Çəliyini yerə o döyə-döyə; Asta addımlarla qalxır kürsüyə. B.Vahabzadə.
// Əkilmək üçün qısa kəsilmiş budaq; qələm. |
ÇƏLİK2 (ID - 6920)is. Möhkəm dəmir, polad. Çünki sənin heykəlin nə tuncdan, nə çəlikdən; Ölməz o abidənin özün oldun memarı. R.Rza.
// məc. Polad kimi, dəmir. Bir çəlik yaysan, əyilməzsən sən; Qalalar çöksə, sökülməzsən sən. M.Müşfiq.... |
ÇƏLİM (ID - 6921)is. Bədən, vücud, cüssə, bədən quruluşu.
|
ÇƏLİMLİ (ID - 6922)sif. Bədən quruluşu gözəl; təndürüst.
|
ÇƏLİMSİZ (ID - 6923)sif. Arıq, sısqa, bədəncə zəif. [Avtobusdan] son enən ortayaşlı .. bir kişi, arıq arvadı və çəlimsiz xırda qızı oldu. Çəmənzəminli. Uzun qollar Xəlilin çəlimsiz bədənini məngənə təkin sıxdı. İ.Məlikzadə.
|
ÇƏLLƏK (ID - 6924)is. 1. İçində maye şeylər saxlamaq və daşımaq və s. məqsədlər üçün işlədilən yastıdibli, ortası enli, ətrafına çənbər çəkilmiş taxtadan (bəzən də dəmirdən) qayrılmış iri qab. Çəlləklərdə saxlanılan su yanğına...
|
ÇƏLLƏKCİK (ID - 6925)is. Kiçik çəllək, balaca çəllək. Çəlləkcikdə gül əkmək.
|
ÇƏLLƏKÇİ (ID - 6926)is. Çəllək qayıran usta.
|
ÇƏLLƏKÇİLİK (ID - 6927)is. Çəlləkçi sənəti.
|
ÇƏLPƏŞİK (ID - 6928)bax çalpaşıq. [Hakimi-şər:] Xub, bu iş çox çəlpəşik və uzun çəkəsi iş deyil. M.F.Axundzadə. [Direktor:] Harada çəlpəşik iş var, elə mənim başımda gərək çatlasın. Mir Cəlal.
|
ÇƏLTİK (ID - 6929)is. 1. Qabığı çıxarılmamış düyü (əkmək üçün). Çəltik tarlası. Çəltik əkmək.
..Dizə qədər suyun-palçığın içində çəltik əkini üçün yeni sahələr hazırlayan kəndlilər gözümdə canlanırdı. M.İbrahimov. Həmin... |
ÇƏLTİKÇİ (ID - 6930)is. Çəltik əkib-becərməklə məşğul olan adam; çəltikçilik mütəxəssisi. Çəltikçi aqronom.
|
ÇƏLTİKÇİLİK (ID - 6931)is. Kənd təsərrüfatının çəltik əkib-becərməklə məşğul olan sahəsi; çəltik becərmə.
|
ÇƏLTİKLİ (ID - 6932)sif. Yaxşı təmizlənməmiş, çəltiyi olan (düyü). ..Hərfəhləyə ayda 25 kilo çəltikli düyü verirlər. M.İbrahimov.
|
ÇƏLTİKLİK (ID - 6933)is. Çəltik əkilmiş yer, çəltik tarlası.
|
ÇƏM (ID - 6934)is. dan. Qayda, üsul, yol. Doğrudan da hər ovun öz çəmi varmış. M.Rzaquluzadə.
□□ İşin çəmini tapmaq - b ax işin ucunu (çəmini) tapmaq (“iş”də). |
Bu səhifə dəfə baxılıb