ÇAYDAN (ID - 6785)[çin. çay və fars. ...dan] 1. Bax çayqabı.
2. Bax çaynik. Piri kişi.. çaydandan ikifincan çay töküb süfrəyə qoydu. S.S.Axundov. Nigar pilətəni yandırıb, çaydanı üzərinə qoydu.. Çəmənzəminli. |
ÇAYDAŞI (ID - 6786) |
ÇAYƏTRAFI (ID - 6787) |
ÇAYXANA (ID - 6788)is. [çin. çay və fars. ...xanə] Əsasən çay içilən ictimai iaşə müəssisəsi; çayçı, çayçıxana. [Əbdül:] Yorulmuşdum, döndüm çayxanaya ki, bir-iki fincan qəhvə içim. Ə.Haqverdiyev. [Rüstəm] lakin qərarı yerinə yetirməmiş...
|
ÇAYXƏRÇƏNGİ (ID - 6789)is. zool. Şirin sularda yaşayan xərçəng növü.
|
ÇAYXOR (ID - 6790)sif. [çin. çay vəfars. ...xor] Çox çay içən, çox çay içməyi sevən adam. Çayxor adam.
|
ÇAYIR (ID - 6791)is. 1. bot. Taxıllar fəsiləsindən kökümsovlu alaq otu. Belin ağzı saralmış çayırları xırpıltı ilə kəsə-kəsə yekə bir dairə cızdı. İ.Məlikzadə.
2. Çəmən. [Çinarların] arasından çıxan sərin çeşmə yol açdığı... |
ÇAYIR-ÇƏMƏN (ID - 6792)is. Çəmən, çəmənlik. İçib sudan pərvazlandı çayır-çəmən; Gözəlləşdi kəndyenidən. B.Vahabzadə.
|
ÇAYIRLIQ (ID - 6793)is. Çoxlu çayır bitmiş, çayır basmış yer. [Heybət] ..vədinə vəfa edib, axşam düşənə kimi iki parça yeri şumladı, çayırlığa yetişdi. M.Hüseyn. [Gülşən:] Çayırlıqların hamısını iki dəfə belləməliyik. Ə.Vəliyev.
|
ÇAYQABI (ID - 6794)is. Quru çayı saxlamaq üçün qab, qutu; çaydan.
|
ÇAYQIRAĞI (ID - 6795)1. sif. Çayın sahilində olan, yaşayan. [Həsrət Yusifə:] Xaçının sizin tərəflərdə dəryaça edilməsi.. bütün çayqırağı camaatının böyükxoşbəxtliyidir. B.Bayramov.
2. zərf Çayın qırağı ilə, sahili ilə. Çayqırağı... |
ÇAYQOVUŞAN (ID - 6796)is. İki çayın qovuşduğu, birləşdiyi yer. [Aşıq Valeh] çayqovuşana çatanda yoldan buruldu. Ə.Məmmədxanlı.
|
ÇAYLAQ (ID - 6797)is. Quru çay yatağı. Xınalıqdan 0ah dağına getmək üçün əvvəlcə çaylağa enməli olursan. R.Rza. [Döyüşçülər] bir az yoxuşla dırmaşdıqdan sonra enişə, həm də çaylağa endilər. Ə.Vəliyev.
□ Çaylaq daşı bax çaydaşı.... |
ÇAYLAMA (ID - 6798)“Çaylamaq”dan f.is.
|
ÇAYLAMAQ (ID - 6799)f dan. Çay içmək.
|
ÇAYNİK (ID - 6800)is. [çin. çay və rus. ...nik] Çay dəmləmək və ya su qaynatmaq üçün dəstəsi və lüləyi olan qab. Elektrik çayniki. - Ənvər bərk susamışdı, bir stəkan çay içmək üçün samovarın başından çayniki götürdü. Ə.Vəliyev. Tükəzban...
|
ÇAYPULU (ID - 6801)is. Aşxanaya və s.-yə gələnlərin xırda xidmət üçün xidmətçiyə verdikləri pul.
|
ÇAYSÜNGƏRİ (ID - 6802)is. zool. Şirin sularda yaşayan süngər.
|
ÇAYSÜZƏN (ID - 6803)is. Dəm çaynikindən rəng tökərkən çay dənələrinin stəkana düşməməsi üçün onun lüləyinin ağzına keçirilən və ya stəkanın ağzına qoyulan tor.
|
ÇAYTİKANI (ID - 6804)is. bot. b ax ağtikan. Ağtikan və ya çaytikanı .. cinsinin yarpaqları ensiz olub, iydə yarpaqlarına oxşayır. M.Qasımov.
|
ÇAYYIĞAN (ID - 6805)is. Tarlada çay yarpaqları yığan, dərən (adam və ya maşın). Qabaqcıl çayyığanlar.
// Sif. mənasında. Yenimarkalı çayyığan maşın. |
ÇAYYUXARI (ID - 6806)zərf Çayın ağzından başlanğıcı istiqamətində, suyun axdığı tərəfin əksinə, çayla başıyuxarı. Çayyuxarı üzmək.
Yelkən çayyuxarı o qədər də böyük sürətlə getmirdi. M.S.Ordubadi. [Uşaqların] gülüşü, hay-harayı... |
ÇE (ID - 6807)“Ç” hərfinin və bu hərflə işarə olunan samitin adı.
|
ÇEÇEN (ID - 6808)is. İnquşlara qohum olan Qafqaz xalqı və bu xalqa mənsub adam.
|
ÇEÇENCƏ (ID - 6809)sif. və zərf Çeçen dilində. Çeçencə-rusca lüğət.
|
ÇEÇƏLƏ (ID - 6810) |
ÇEÇƏMƏ (ID - 6811)“Çeçəmək”dən f.is.
|
ÇEÇƏMƏK (ID - 6812)f Nəfəs borusuna bir şey düşməsi nəticəsində təngnəfəs olmaq; anən boğulmaq. Tahir çeçədi. Ağız-burnuna dolmuş acı su ürəyini bulandırırdı. M.Hüseyn. Veys hətta bir dəfə çeçədi. Ə.Əbülhəsən.
|
ÇEX (ID - 6813)is. Slavyan xalqlarından birinin adı və bu xalqa mənsub olan adam.
|
ÇEXCƏ (ID - 6814)sif və zərf 1. Çex dili. Çexcərusca lüğət.
2. Çex dilində. Çexcə gözəl bilir. Çexcə yazılmış kitab. |
ÇEXOXBİLİ (ID - 6815)is. [gürcü.] aşp. Gürcü yeməyi; toyuq ətindən xamalı və qozlu bozartma. [Xortdan:] Tiflisdə.. çığırtmanın adını çexoxbili qoyub, gətirib verirlər adama. Ə.Haqverdiyev.
|
ÇEXOL (ID - 6816) |
ÇEXOLLU (ID - 6817)sif Çexolu olan, çexol geydirilmiş, çexola salınmış. Əntərzadə çexollu çamadanı götürüb, qapıya çıxdı. Mir Cəlal.
|
ÇEK (ID - 6818)[ing.] 1. Təqdim edənə cari hesabdan müəyyən miqdarda pul verilməsi və ya onun hesabına keçirilməsi haqqında pul sahibinin sərəncamı olan sənəd. Rəhim bəy çeki [Turabın] əlindən dartıb aldı. Qol çəkdi. M.Hüseyn. [Salmanov:]...
|
ÇEKA (ID - 6819)[baş hərflərlə] [rus] Sovet hakimiyyətinin ilk illərində əks-inqilab, sabotaj və ehtikarla mübarizə aparan fövqəladə komissiya (idarə adı).
|
ÇEKIST (ID - 6820)is. [rus.] ÇEKA əməkdaşı (bax ÇEKA).
|
ÇEMPİON (ID - 6821)is. [ing.] İdman yarışlarında qələbə qazanan komandaya və ya şəxsə verilən ad. Şahmat üzrə dünya çempionu. Mütləq çempion. Azərbaycan çempionu.
|
ÇEMPİONAT (ID - 6822)is. [ing.] Hər hansı idman növü, idman oyunları üzrə birincilik uğrunda yarış, yarışma. Futbol çempionatı. Boks üzrə dünya çempionatı. Respublika çempionatı.
|
ÇEMPİONLUQ (ID - 6823)is. Çempion adı.
|
ÇERTYOJ (ID - 6824)is. [rus.] Bir şeyin müəyyən üsullarla səth (kağız, kalka, taxta və s.) üzərində çəkilmiş şərti qrafik təsviri; cizgi. Layihənin çertyoju. Binanın çertyoju. - Lətif ona tapşırılan detalın çertyojunu alıb, böyük həvəslə...
|
ÇERTYOJÇU (ID - 6825)is. Çertyoj çəkən mütəxəssis; cizgiçi. Laboratoriyada 17 işçi, o cümlədən iki konstruktor, çertyojçu, tokar, çilingər və başqa ixtisaslı fəhlə işləyir. (Qəzetlərdən).
|
ÇERVON (ID - 6826)is. [rus. цервонец] köhn. 1. Keçmişdə: Rusiyada beş və ya on manatlıq qızıl pul. Mirzə Mustafa qarını yola salanda ovcuna bir çervon basdı.. E.Sultanov.
2. tar. SSRİ-də 1922-ci ildən 1947-ci ilə qədər işlənmiş onmanatlıq... |
ÇESUÇA (ID - 6827)[çin.] Kətan kimi toxunan sıx ipək parça. Çində vəhşi ipəkqurdlarının baramalarından “çesuça ” adlı toxumalar hazırlayırlar. “Əmtəəşünaslıq”.
// Bu parçadan tikilmiş. Cavanların arasından çesuça kostyumla lak... |
ÇEŞİD (ID - 6828)is. 1. Hər hansı bir malın keyfiyyət və qiymətcə növü, sort. İkinci çeşiddən olan un. Parçanın çeşidi.
// İstehsalına, materialına və c.-yə görə malın müxtəlifliyi; növ. Parçanın çeşidləri. - [Qızlar] iki-iki, üç-üç... |
ÇEŞİDLƏMƏ (ID - 6829)“Çeşidləmək”dən f.is.
|
ÇEŞİDLƏMƏK (ID - 6830)f. Çeşidlərə, növlərə ayırmaq. Kartofu çeşidləmək.
|
ÇEŞİDLƏNMƏ (ID - 6831)“Çeşidlənmək”dən f.is.
|
ÇEŞİDLƏNMƏK (ID - 6832)məch. Çeşidlərə, növlərə ayrılmaq. Toxum döyülən və çeşidlənən (f.sif.) zaman əmələ gələn çıxdaşdan yem kimi istifadə edilməlidir. “Pambıqçılıq”.
|
ÇEŞİDLƏYİCİ (ID - 6833)is. və sif. Bir şeyi çeşidlərə ayıran işçi; çeşidçi.
// Eyni vəzifəni görən maşın, cihaz, mexanizm. |
ÇEŞİDLİ (ID - 6834)sif. Müxtəlif növlü, cürbəcür, növ-növ. [Aşpaz] işindən söz açdı: ..gözəl və səliqəli yeməkxana, dadlı və çeşidli xörəklər... “Az. qad”.
|
Bu səhifə dəfə baxılıb