ÇIXAR (ID - 7085)is. Xərc, məxaric, xərclənən miqdar (gəlir qarşılığı). Kasıb çıxarını bilsə, geydiyi atlaz olar. (Ata. sözü).
|
ÇIXARICI (ID - 7086)is. xüs. Çətin çıxan bir şeyi çıxarmaq üçün alət. Lehmə nasosunun klapan yuvasını çıxarmaq üçün çıxarıcıdan .. istifadə olunur. “Qazmada təhlükəsizlik texnikası”.
|
ÇIXARILMA (ID - 7087)“Çıxarılmaq”dan f.is.
|
ÇIXARILMAQ (ID - 7088)“Çıxarmaq”dan məch. Əsgərlik yaşında olan bəzi gənclər siyahıdan çıxarılmışdı. S.Hüseyn. Uzun çəkişmədən sonra Aslan bəy çıxarılacaq neftin otuz faizini Quluya verməyə razı oldu. A.Şaiq.
|
ÇIXARIŞ (ID - 7089)is. 1. Hər hansı mətndən (sənəddən) eynilə köçürülmüş hissə. Qərardan çıxarış. Çıxarışın məxəzini göstərmək.
Çıxartmaq işi; çıxarma. Texnoloji proses nəticəsində bir məhsuldan alınan başqa məhsul; ekstrakt.... |
ÇIXAR(T)DIRMA (ID - 7090)“Çıxar(t)dırmaq”dan f.is.
|
ÇIXAR(T)DIRMAQ (ID - 7091)“Çıxar(t)maq”dan icb. İşdən çıxar(t)dırmaq. Mənzildən çıxar(t)dırmaq.
|
ÇIXAR(T)MA (ID - 7092)“Çıxar(t)maq”dan f.is.
|
ÇIXAR(T)MAQ (ID - 7093)f 1. Bir şeyi bir yerdən kənar etmək, xaric etmək, dışarıya atmaq.
// Bir yerdən götürüb başqa yerə qoymaq. Mebeli otaqdan çıxar(t)maq. - [Mehriban] vaxtın gec olmasına baxmayaraq, küçə balkonuna bir masa çıxarıb, süfrə düzəltdi.... |
ÇIXDAŞ (ID - 7094)is. Pis, keyfiyyətsiz, zay mal; nöqsanı, zədəsi olan məhsul; brak.
|
ÇIXDAŞÇI (ID - 7095)is. Pis, keyfiyyətsiz malı yaxşısından ayıran fəhlə.
|
ÇIXIQ (ID - 7096)1. is. Oynaqda sümüklərin yerindən oynaması. İmamverdi baba bilirdi ki, çıxığı yerinə tez salmaq lazımdır. Hərgah tez salınmasa yerinə ət gələr və sonra onu düzəltmək çətin olar. S.S.Axundov.
2. sif. Yerindən çıxmış,... |
ÇIXILAN (ID - 7097)is. riyaz. Çıxma əməlində: başqa ədəddən (rəqəmdən) çıxılacaq ədəd (rəqəm); ikinci ədəd (rəqəm).
|
ÇIXILMAZ (ID - 7098)sif. 1. Çıxmaq, qalxmaq çətin olan və ya mümkün olmayan. Çıxılmaz dağ.
[Aydəmir:] Allah, özü bilir ki, o keçilməz meşələrdə, o çıxılmaz qayalarda Aydəmir bircə sənin xəyalınla yaşayır. C.Cabbarlı. məc. Ümidsiz, çarəsiz,... |
ÇIXINTI (ID - 7099)is. Bir şeyin irəli çıxmış, qalxıq hissəsi. Qayanın çıxıntısı. Girinti və çıxıntı.
|
ÇIXIŞ (ID - 7100)is. 1. Çıxmaq işi, çıxma. Vasya tez-tez bayıra çıxıb, yenə qayıdırdı. Susanna bu çıxışın papiros çəkmək üçün olduğunu duyub dedi.. M.S.Ordubadi.
Çıxmaq üçün qapı, yol və s.; çıxacaq (giriş əksi). Çıxışda gözləmək.... |
ÇIXIŞLIQ (ID - 7101)çıxışlıq hal qram. - ismin kimdən? nədən? suallarına cavab verən halı.
|
ÇIXMA (ID - 7102)1. “Çıxmaq”dan f.is. Yarməmmədin otaqdan çıxması ilə sarı qovluğu qoltuğuna vurub qayıtması bir oldu. M.İbrahimov.
Doğma, doğuş, tülu. Ayın çıxması. - Mən sevirəm səhərlər; Günəşin çıxmasını. NXəzri. riyaz.... |
ÇIXMAQ (ID - 7103)f 1. Bir yerdən (binadan, otaqdan və s.-dən) kənar olmaq, içəridən dışarıya varmaq, getmək, xaric olmaq. Evdən çıxmaq. Kabinetdən çıxmaq. - Çay hazır olanadək mən özümə əlcəklər alım, - deyib Sona otaqdan çıxdı. N.Nərimanov.
Bir... |
ÇIXMAZ (ID - 7104)b ax çıxılmaz.
|
ÇIQQILDAMA (ID - 7105)“Çıqqıldamaq”dan f.sif.
|
ÇIQQILDAMAQ (ID - 7106)f. Çıqqıltı səsi vermək, çıq-çıq eləmək. Saat çıqqıldayır. - Daşlara toxunan nallar çıqqıldayırdı. S.Rəhimov. İri mis kəfgir ağır-ağır çıqqıldayırdı. Q.İlkin.
|
ÇIQQILDATMA (ID - 7107)“Çıqqıldatmaq”dan f.sif.
|
ÇIQQILDATMAQ (ID - 7108)f. Bir şeyi bir şeyə toxunduraraq çıqqıltı səsi çıxarmaq, belə bir səsin çıxmasına səbəb olmaq. Tahir .. divardakı elektrik açarına yanaşdı, onu sol əlilə bir-iki dəfə çıqqıldatdı. M.Hüseyn. Fərman Qədir kişi ilə əl...
|
ÇIQQILTI (ID - 7109)is. Saat işlərkən və ya xırda şeylər bir-birinə toxunarkən çıxan səs. Mollayev yenə təsbehini çıqqıltı ilə çevirməyə başladı. M.Hüseyn. Saat vurur divarda; Hər çıqqıltı bir saat. B.Vahabzadə.
|
ÇIL-ÇILPAQ (ID - 7110)sif. və zərf 1. Tamamilə çılpaq, lüt. Fatma gecənin yarısı çıl-çılpaq küçələrə düşüb, özünə sığınacaq yer arayır. Çəmənzəminli.
2. məc. Qətiyyən ağac bitirməyən, tamamilə bitkisiz. Çıl-çılpaq çöl. - [Bayram... |
ÇIL-ÇIRPI (ID - 7111)bax çırpı. [Ovçular] çıl-çırpıdan, otlardan qayırdıqları kiçik daxmalarda gizlənib, sümsünü çalardılar. A.Şaiq.
|
ÇILDAQ (ID - 7112)is. Dini müalicə üsulu. Çıldağa getmək.
|
ÇILDAQLAMA (ID - 7113)“Çıldaqlamaq”dan f.is.
|
ÇILDAQLAMAQ (ID - 7114)f Çıldaq etmək (b ax çıldaq). [Rəşid:] [Qorxmasına] görə bina qoyulur ki, qızı K. kəndinə aparıb çıldaqlasınlar, qorxuluğunu götürsünlər. T.Ş.Simurq.
|
ÇILĞIN (ID - 7115)sif. Coşqun, odlu-alovlu. Çılğın dühalar ki hökm edər qərbə; Onlar səbəb olmuş bir geniş hərbə. S.Vurğun.
// Dəli kimi, dəlicəsinə, özünü itirmişcəsinə. [Məhəd] dəli kimi çılğın bir hərəkdtlə irəli şığıyıb,... |
ÇILĞINCA(SINA) (ID - 7116) zərf 1. Dəli kimi, dəlicəsinə. Fırlatdı bir qəhqəhə; Çılğınca qalxdı birdən. Ə.Cavad. Gülgəz çılğıncasına atasının yaxasını didişdirməyə başladı. İ.Hüseynov.
məc. Ehtirasla, dəlicəsinə. Çılğıncasına sevmək.... |
ÇILĞINLAŞMA (ID - 7117)“Çılğmlaşmaq”dan f.sif.
|
ÇILĞINLAŞMAQ (ID - 7118)f Azğınlaşmaq, coşmaq, dəli kimi hərəkət etmək.
// məc. Coşmaq, qudurmaq, azğınlaşmaq. Dəniz getdikcə çılğınlaşırdı. |
ÇILĞINLIQ (ID - 7119)is. Çılğın adamın hal və keyfiyyəti; dəlicəsinə, azğıncasına hərəkət. Çılğınlıq etmək.
|
ÇILPAQ (ID - 7120)sif. 1. Əynində heç bir paltar olmayan, bədəni heç bir şeylə örtülməmiş; paltar geyməmiş; soyunmuş, lüt-üryan. Çılpaq uşaq. Çılpaq bədən. - Bu qızlar təqribən tamamilə çılpaq idi(lər), onların önə tutduqları bir parça...
|
ÇILPAQCA (ID - 7121)1. sif. və zərf Çılpaq, lüt-üryan. Çılpaqca uşaq. Çılpaqca oturmaq.
2. is. zool. Ağzının künclərində və başmda bığı olan girdəbaşlı balıq növü. |
ÇILPAQLANMA (ID - 7122)“Çılpaqlanmaq”danf.sif.
|
ÇILPAQLANMAQ (ID - 7123) |
ÇILPAQLAŞMA (ID - 7124)“Çılpaqlaşmaq”dan f.sif.
|
ÇILPAQLAŞMAQ (ID - 7125)f. 1. Bax çılpaqlanmaq 1-ci mənada. [Tahir] sonra tamam çılpaqlaşıb, özünü duşun altına verdi. M.Hüseyn.
məc. Yarpaqlarını tökmək, bitkisi məhv olmaq; dazlaşmaq. Kollar çılpaqlaşıb. - Təpələrin üstünü və tamamilə çılpaqlaşmış... |
ÇILPAQLIQ (ID - 7126)is. 1. Çılpaq vəziyyət; lütlük, üryanlıq.
məc. Otu, bitkisi qurumuş, məhv olmuş yerin halı. Çölün çılpaqlığı. məc. Yarpağı tökülmüş ağacın, bitkinin halı; yarpaqsızlıq. Ağacın çılpaqlığı. |
ÇIMXIRMA (ID - 7127)“Çımxırmaq”dan f.is.
|
ÇIMXIRMAQ (ID - 7128)f. Məzəmmətlə qışqırmaq, töhmətləndirmək. [Baloğlan:] [Almaz] əvvəl bir çımxırdı üstümə, mən də bir təpindim ona. Cabbarlı. Əlyarov.. şoferinin üzünə baxmadan çımxırdı. M.Hüseyn.
|
ÇINQIL (ID - 7129)is. Tikinti işlərində istifadə olunan daş qırıntısı, xırda daş. Çəpərlər aradan bir-bir sökülsün; Palçıqlı yollara çınqıl tökülsün. S.Vurğun. Sən gəzdiyin torpağın çınqılı, çəlik daşı; Sanıram ki, misilsiz bir...
|
ÇINQILLI (ID - 7130)sif. Çınqıl olan, çınqıldan ibarət olan. Uzaqdan çınqıllı dağdan götürülən böyük arx kəndin günçıxan qoluna qədər gətirilir və böyük bir daşın yarığından üzüaşağı buraxılırdı. S.Rəhimov. Onu yaşadacaq hər dərə,...
|
ÇINQILLIQ (ID - 7131)is. Çoxlu çınqıl olan yer, çınqıl çıxarılan yer. Çınqıllıqdan çınqıl çıxarmaq. - Çınqıllıq yuxarı qanadlanan Bozat çoxdan Sarıbaba dağının gədəyini aşmışdı. S.Rəhimov. Bura çınqıllıq bir güney idi. Mir Cəlal.
|
ÇINQILOTU (ID - 7132)is. bot. Meşələrdə, dağ-çəmənlərdə və çox rütubətli çınqıllı yerlərdə bitən çoxillik ot bitkisi.
|
ÇINQIR (ID - 7133)is. dan. Səs, səs-səmir, çınqırtı.
Çınqırını çəkməmək - səs çıxarmamaq, ağzını açmamaq. |
ÇINQIRIQ (ID - 7134)is. Zəng. Birdən-birə qapının çınqırığı vuruldu. A.Şaiq. Anaxanım Novruz qızı küçələri sürətlə keçib, evinə yetişdi, yuxarı qalxıb, əlini hirslə çınqırıq düyməsinə basdı. S.Rəhimov.
|
Bu səhifə dəfə baxılıb