ÇATAQLAMAQ (ID - 6735)f. bax çarpazlamaq.
// Əl barmaqlarını biri-birinə keçirmək. Biçinçilər əllərini başları altına çataqlayıb.. uzandılar. Mir Cəlal. Bəlkə uyuyanda başının altda; Kiçik əllərini çataqlayırsan. N.Xəzri. |
ÇATAQLANMA (ID - 6736)“Çataqlanmaq”dan f.is.
|
ÇATAQLANMAQ (ID - 6737)bax çarpazlanmaq
1-ci mənada. Ananın əlləri Nərimanın çiynində yox, kürəklərində çataqlanmışdı. Mir Cəlal. |
ÇATAL (ID - 6738) |
ÇATALLANMA (ID - 6739)“Çatallanmaq”dan f.is.
|
ÇATALLANMAQ (ID - 6740)f. Çatal kimi ikiyə ayrılmaq. İrəlidə yol çatallanmışdır.
|
ÇATDIRILMA (ID - 6741)“Çatdırılmaq”dan f.is.
|
ÇATDIRILMAQ (ID - 6742)“Çatdırmaq”dan məch. Məktub vaxtında çatdırıldı. Əmanət sahibinə çatdırıldı.
|
ÇATDIRMA (ID - 6743)“Çatdırmaq”dan f.is.
|
ÇATDIRMAQ (ID - 6744)f. 1. Hər hansı bir vasitə və yolla yetişdirmək, vardırmaq. Aparıb yerinə çatdırmaq.
// Göndərilən ünvana, yerə, şəxsə, sahibinə vermək, təslim etmək. Məktubu sahibinə çatdırmaq. // Bildirmək, məlumat vermək. Məlumatı... |
ÇATI1 (ID - 6745)is. Qıldan hörülmüş qalm kəndir. Örkən, palaz, çatı toxu, ip tovla, yun dara; Təndir qala, bişir çörək, aş, ət, gavur qızı! M.Ə.Sabir. Bir axşam varlığa yumub gözünü; Bir qırıq çatıdan asdın özünü. S.Vurğun.
|
ÇATI2 (ID - 6746)is. Binanı örtən kirəmitləri, dəmir lövhələrini saxlamaq üçün müxtəlif materiallardan (ağacdan, taxtadan, dəmirdən) quraşdırılmış maili örtü. Evin çatısı.
// Bina və s. tikərkən üstündə durub işləmək üçün birbirinə... |
ÇATIQ (ID - 6747)sif. Çatılmış, ucları qovuşuq, birbirilə bitişik. Göylər də yavaş-yavaş; Açır çatıq qaşını. R.Rza.
|
ÇATIQQAŞ (ID - 6748)bax çatmaqaş(lı).
|
ÇATILAMA (ID - 6749)“Çatılamaq”dan f.is.
|
ÇATILAMAQ (ID - 6750)f. Çatı1
|
ÇATILI1 (ID - 6751)sif. 1. Yüklənmiş, dalma yük çatılmış (heyvan).
2. Cidalanmış. |
ÇATILI2 (ID - 6752)sif. Baş-başa çatılmış.
|
ÇATILMA (ID - 6753)“Çatılmaq”dan f.is.
|
ÇATILMAQ (ID - 6754)məch. 1. Yüklənmək, dalma yük qatılmaq (heyvanın). [Pərinisə ərinə:] ..Eşşəyin üstəyekə-yekə çuvallar çatılmışdı... C.Məmmədquluzadə. Qoca kiçik qızı atdan düşürtdü və sonra ata çatılmış (f.sif.) iki məfrəşi açıb...
|
ÇATILTI (ID - 6755)b ax çatırtı.
|
ÇATIRDAMA (ID - 6756)“Çatırdamaq”dan f.is.
|
ÇATIRDAMAQ (ID - 6757)f Çatırtı səsi çıxarmaq; çatıldamaq. İndi ocaqdakı kömür çatırdayırdı. Q.İlkin.
|
ÇATIRTI (ID - 6758)is. Taxta, odun kimi bərk şeylər yanarkən çıxan səs; çatıltı. Aşağıda ocaqlar çatırtı ilə tüstülənirdi. Q.İlkin.
|
ÇATIŞ (ID - 6759)is. Çatmaq işi, çatma, yetmə.
|
ÇATIŞMA (ID - 6760)“Çatışmaq”dan f.is.
|
ÇATIŞMAQ (ID - 6761)bax çatmaq1 5-ci mənada. Doğrudan da, Hümmətəlinin nəyi çatışmırdı ? Son iki-üç ildə onun qazancı heç kəsinkindən az olmamışdı. M.Hüseyn. Elə bil qarajda çox qiymətli bir şey çatışmırdı. H.Seyidbəyli.
|
ÇATLAQ (ID - 6762)is. Çatlamış, yarıq yer; çat. Uşaqların marağı daha da artdı və [Əsədin] arxasınca gedib yavaşca qapının çatlağından baxmağa başladılar. B.Talıblı. [Direktor:] Orada yeraltı çatlaqlar olması mümkündür. M.İbrahimov.
... |
ÇATLAMA (ID - 6763)“Çatlamaq”dan f.is.
|
ÇATLAMAQ (ID - 6764)f 1. Çatıq əmələ gəlmək, çatlaq olmaq, parçalara ayrılmayacaq şəkildə yarılmaq, bütövlüyü pozulmaq. Həsən çəkməni o biri üzünə çevirdi, üst tərəf də vecdən çıxmışdı, neçə yerdən çatlamışdı. Çəmənzəminli....
|
ÇATLATMA (ID - 6765)“Çatlatmaq”dan f.is.
|
ÇATLATMAQ (ID - 6766)f Çatlamasına səbəb olmaq, çatıq əmələ gətirmək, çatlaq hala gətirmək. Sirkə nə qədər tünd olsa, öz qabını çatladar. (Ata. sözü).
|
ÇATLI (ID - 6767)sif. Çatığı, çatlağı olan; çatlamış. [Çinaryarpaq ağcaqayının] yaşlı ağaclarının qabığı tünd-qonur rəngdə olub, azca çatlıdır. “Elm və həyat”.
|
ÇATMA1 (ID - 6768)1. “Çatmaq1’dan f.is.
2. Ucları ortadan bir-birinə qovuşmuş. Qızın çatma qaşları vardı. - ..Cahandar ağanın qara sifəti tunc kimi bozardı, iri həbəşi dodaqları titrədi, qalın, qıllı çatma qaşlarının arası düyünləndi.... |
ÇATMA2 (ID - 6769)“Çatmaq2”dan f.is.
|
ÇATMAQ1 (ID - 6770)f 1. Bir istiqamətdə gedərək nəzərdə tutulan yerə yetişmək; varmaq. Atlılar hələ dolamaları enməmiş, Məmməd bəylə Kiçikbəyim çaya çatmışdılar. Çəmənzəminli. [Qərənfil xala] poçta çatdı, sovqat yeşiyinin üstünü yazdırdı....
|
ÇATMAQ2 (ID - 6771)f 1. Yükləmək. Küsülü qardaş, gəl yükü çataq, yenə küsümüz küsü. (Ata. sözü). Hər birinə ağır taylar çatdılar; Bizləyəbizləyə köçə qatdılar. Q.Zakir.
Ocağa, sobaya və s.-yə odun və s. qoyub yandırmaq; qalamaq.... |
ÇATMAQAŞ(LI) (ID - 6772)sif. Qaşları bitişik olan, qaşları bir-birinə qovuşmuş. Çatmaqaş oğlan. - Səkinə iftixar dolu gözlərlə.. enlikürək, ucaboylu, çatmaqaşlı və qartalgözlü oğlunu süzdü. M.İbrahimov. Boz şaldan pencəkşalvar geyinmiş, şirvani...
|
ÇATMAMAZLIQ (ID - 6773)is. Nöqsan; çatışmayan şey, cəhət. Çatmamazlıqları aradan qaldırmaq.
|
ÇAVISTAN (ID - 6774)is. məh. Qarğı, taxta və s.-dən düzəldilmiş yüngül, kiçik tikili, ev. [Qaçayın] mənzili subay fəhlələr yaşayan taxta çavıstanlardan birində idi. Ə.Vəliyev.
|
ÇAY1 (ID - 6775)is. [çin.] 1. Qurudulmuş yarpaqlarından ətirli içki hazırlanan həmişəyaşıl ağac və ya kol. Çay kolu. Çay plantasiyası.
Həmin bitkinin ətirli içki hazırlamaq üçün xüsusi surətdə qurudulmuş yarpaqları. Həmin yarpaqlardan... |
ÇAY2 (ID - 6776)is. Öz hövzələrinə düşən atmosfer yağıntılarından və ya bulaqlardan qidalanan və özü əmələ gətirdiyi yataqla axan çoxlu və fasiləsiz təbii su axını. Çayın sahili. Çayla başıaşağı üzmək. Çay üzərində körpü.
Hindistanda... |
ÇAYAN (ID - 6777)is. Əqrəb.
|
ÇAYAŞAĞI (ID - 6778)zərf Çayın başlanğıcından ağzı istiqamətində, suyun axıb getdiyi tərəfə; çayla başıaşağı. Çayaşağı üzmək. - [Nurəddin] paltarı quruyandan sonra geyinib çayaşağı xeyli getdi ki, bəlkəpapağını tapsın. S.S.Axundov....
|
ÇAYBASAR (ID - 6779)is. Çayın sahilində daşqın zamanı su altında qalan sahə (yerlər).
|
ÇAYBECƏRƏN (ID - 6780)bax çayçı 1-ci mənada.
|
ÇAYÇI (ID - 6781)is. 1. Çay əkib-becərməklə məşğul olan adam; çaybecərən. Çayçıların yarışı.
// Çay mütəxəssisi. Çayxanada xidmət edən adam. İri mis samovarın qabağında duran çayçı stəkan-nəlbəkini cingilti ilə yuyurdu. Q.İlkin. ... |
ÇAYÇIXANA (ID - 6782)bax çayxana. Məşədi Məmməd gündüzlər bazar-dükanı dolanıb, çayçıxanaları gəzərdi. B.Talıblı.
|
ÇAYÇILIQ (ID - 6783)is. 1. Çay bitkisi əkib-becərməklə məşğul olan kənd təsərrüfatı sahəsi. Çayçılığın inkişafı seyrəkliyin ləğv edilməsindən, istehsal fondlarından, aqrotexniki tədbirlərdən .. asılıdır.
2. Çayxanada müştərilərə... |
ÇAY-ÇÖRƏK (ID - 6784)top. Çay, çörək, yağ, pendir və s.-dən ibarət yemək. Bu halda Cəfər əlində podnos, içində çay-çörək, şora batırılmış təzə inək yağı içəri daxil oldu. S.S.Axundov. Tükəzban qarı çayı-çörəyi gətirib, .. yemək masasının...
|
Bu səhifə dəfə baxılıb