İzahlı lüğət

ÇAY1

is. [çin.] 1. Qurudulmuş yarpaqlarından ətirli içki hazırlanan həmişəyaşıl ağac və ya kol. Çay kolu. Çay plantasiyası.
Həmin bitkinin ətirli içki hazırlamaq üçün xüsusi surətdə qurudulmuş yarpaqları.
Həmin yarpaqlardan dəmlənib hazırlanan ətirli içki. Şirin çay. Tünd çay. - Barışdırmaq rəsmini tamam edəndən sonra qonaqlar şüru elədilər çay içməyə. Ə.Haqverdiyev. Əsmər xala bir stəkan çay süzüb qabağına qoydu. Q.İlkin.
// Müxtəlif bitkilərdən, ədviyyatdan dəmlənib hazırlanan içki, yaxud çayı əvəz edən hər hansı bir surroqat. Kəklikotu çayı. Zəncəfil çayı. - [İbrahim:] Bala, yoxsa sənə soyuq dəyib, sənin üçün bu saat darçın çayı bişirərəm. Ə.Haqverdiyev.
Çay içmə, çay süfTəsi. Çaya dəvət etmək.
Çaydan sonra Nənəxanım Yetərlə çarşaba bürünüb, qız axtarmağa getdilər. Çəmənzəminli. Bir yerdə çay içdik, çaydan sonra mən yatdım. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed