ÇİRİŞ2 (ID - 7285)is. Pinəçi yapışqanı.
|
ÇİRK (ID - 7286)is. [fars.] 1. Natəmizlikdən, vaxtlı vaxtında yuyulmamaqdan bədəndə, paltarda və s.-də əmələ gələn xoşagəlməz ləkə qatı; kir. Paltarın çirkini yumaq. - Armud ağacının dibində palaz salınıb və üstündə çirkdən qaralmış...
|
ÇİRKAB (ID - 7287)is. [fars.] Çirk sular, natəmiz sular. Bütün çirkab və zibillər bu göllərə töküldüyü üçün yayda üfunətdən və ditdili əlindən qəsəbə əhalisi zinhara gəlirdi. Ə.Vəliyev.
|
ÇİRKƏTAB (ID - 7288)sif. Tündrəngli olduğu üçün çirki görünməyən, tez çirklənməyən, çirkə davamlı (paltar, parça və s. haqqında). Çirkətab parça.
|
ÇİRKGÖTÜRƏN (ID - 7289)sif. Rəngi açıq olduğu üçün tez çirklənən (parça və s. haqqında). Çirkgötürən parça.
|
ÇİRKGÖTÜRMƏYƏN (ID - 7290)b ax çirkətab.
|
ÇİRKİN (ID - 7291)sif l. Gözəl olmayan, gözə, qulağa xoş gəlməyən: kifir, eybəcər, bədləkər. Çirkin üz. Çirkin səs. - [Məşədi İbad:] İnsanın zahiri nə qədər çirkin olsa, batini bir o qədər gözəl olar. Ü.Hacıbəyov. [Məşədi Fatma ərinə:]...
|
ÇİRKİNLƏŞMƏ (ID - 7292)“Çirkinləşmək”dən f.is.
|
ÇİRKİNLƏŞMƏK (ID - 7293)f Gözəlliyini itirmək, kiflrləşmək, eybəcərləşmək, çirkin şəklə düşmək. Elə bir vaxt oldu ki, qız solmağa, çirkinləşməyə üz qoydu. M.Hüseyn.
|
ÇİRKİNLİK (ID - 7294)is. 1. Kifirlik, eybəcərlik; çirkin adamın, şeyin və s.-nin halı. [Sevda:] Çirkinliyim etdirməsin ikrah; Könlüm səni öpmək dilər.. H.Cavid. Hacı Tağı Allahqulunu şirnikdirmək üçün ərə getmək vaxtı çoxdan keçmiş, çirkinlikdə...
|
ÇİRKLƏNDİRİCİ (ID - 7295)sif Çirk edən, xarab edən, kirləndirən, korlayan. Maşınlar çirkləndirici qazlar buraxır. - Son illər sənayenin coşqun inkişafı ilə əlaqədar olaraq havaya buraxılan çirkləndirici maddələr atmosferin .. dəyişməsinə səbəb olmuşdur....
|
ÇİRKLƏNDİRMƏ (ID - 7296)“Çirkləndirmək”dən f.sif.
|
ÇİRKLƏNDİRMƏK (ID - 7297)f Çirk etmək, kirləndirmək. [Hafızə xanım:] Tut bu paltarları, saxla, çirkləndirməyəsən. Ə.Haqverdiyev.
|
ÇİRKLƏNMƏ (ID - 7298)“Çirklənmək”dən f.sif.
|
ÇİRKLƏNMƏK (ID - 7299)f Çirk olmaq, çirkli olmaq, kirlənmək. Bunlar əmmamələrini dəsmala büküb qoymuşdular başlarına ki, çirklənməsin və tozlanmasın. Ə.Haqverdiyev. Adətən üst-başı dəmirpası və yağdan çirklənmiş (f.sif.), paltarları yamaqlı...
|
ÇİRKLİ (ID - 7300)sif Təmiz olmayan, çirki olan; kirli. [Fərhad:] Bu gələn kişilərin tozlu, çirkli ayaqları çox adamın ürəyindən təmizdir. Ə.Haqverdiyev. [Nənəxanım] bir də geri qayıtdı, əsnəyə-əsnəyə dalına bir çirkli və cırıq yorğan...
|
ÇİRKLİ-PASLI (ID - 7301)sif Üz-gözünü, üstbaşını çirk basmış; pinti, səliqəsiz.
|
ÇİRK-PAS(AQ) (ID - 7302) top. dan. Çirk, kir. [Kərbəlayı Nəsir:] Əşi, insaf ilə danışaq, tozun-torpağın içində işləyirsən, çirkəpasağa batırsan, bəs sonra harda gəlib təmiz olursan? Ü.Hacıbəyov.
|
ÇİRTMƏK (ID - 7303)bax çırtıq 1-ci mənada.
|
ÇİS (ID - 7304)is. 1. Duman şəklində yağış; kiçicik yağış damcısı.
Tutqun hava. |
ÇİSƏK (ID - 7305)bax çiskin.
|
ÇİSƏLƏMƏ (ID - 7306)“Çisələmək”dən f.sif. Lal, çisələmə yağışın ardı-arası kəsilmədi. İ.Hüseynov.
|
ÇİSƏLƏMƏK (ID - 7307)bax çiskinləmək. Gündüz hava tutqun olmuş, indi isə çisələyirdi. Ə.Vəliyev. Yağış çisələyər şəhərə, kəndə; Döyər zirvəsini dolu dağların. B.Vahabzadə.
|
ÇİSKİN (ID - 7308)is. Tutqun havada narın yağış: çisək. Yağış get-gedə yavaşıyıb, çiskinə çevrildi. İ.Əfəndiyev. Qaranlıq idi, çiskin yağışyağırdı.. S.Rəhman.
// Sif. mənasında. Çiskin hava. |
ÇİSKİNLƏMƏ (ID - 7309)“Çiskinləmək”dən f.is.
|
ÇİSKİNLƏMƏK (ID - 7310)f Tutqun havada narın yağış yağmaq; çisələmək. Bərk duman olduğu üçün çiskinləyirdi. Ə.Vəliyev.
|
ÇİSKİNLİ (ID - 7311)sif Çiskin. Payızın çiskinli, dumanlı günü az-az ayazıyırdı. S.Rəhimov. Bu gün xoş, günəşli, laləzar olan hava sabah buludlu, küləkli, çiskinli bir hal alır. M.Rzaquluzadə.
|
ÇİT (ID - 7312)is. Basma güllü və ya saya yüngül pambıq parça. Gülnaz ucuzqiymətli çitdən sadə paltar geyirdi. T.Ş.Simurq. [Gülçöhrə:] Bu cür çitin arşınını biz həmişə səkkiz qəpikdən alırıq. Ü.Hacıbəyov.
// sif Həmin parçadan... |
ÇİTƏK (ID - 7313)is. Yamaq.
|
ÇİTƏ(LƏ)MƏ (ID - 7314)“Çitə(lə)mək”dən f.sif
|
ÇİTƏ(LƏ)MƏK (ID - 7315)f Deşiyi, yırtığı calayıb tikmək; yamamaq.
|
ÇİV(İ) (ID - 7316) is. Hər hansı qurğuda, mexanizmdə, maşında və s.-də hissələri bir-birinə birləşdirən detal; dilçək, şpon. Aparan çarxların topu ilə yarımoxlar konus səthi üzərində olan çivi və ya flans vasitəsilə birbirinə birləşdirilir....
|
ÇİVLƏMƏ (ID - 7317)“Çivləmək”dən f.sif
|
ÇİVLƏMƏK (ID - 7318)f xüs. Çivlə bir-birinə bənd etmək, bağlamaq.
|
ÇİVZƏ (ID - 7319)is. Sızanaq.
|
ÇİVZƏLİ (ID - 7320)sif Çivzə (sızanaq) basmış; sızanaqlı.
|
ÇİY (ID - 7321)sif 1. Bişməmiş, bişirilməmiş, qaynadılmamış. Çiy ət. Çiy süd. Çiy su.
□ Çiy kərpic - palçıqdan tutulmuş, bişirilməmiş, xam kərpic. Bina çiy kərpicdən tikilmiş və ağardılmışdı. M.İbrahimov. // Yaxşı bişməmiş,... |
ÇİYAN (ID - 7322)is. zool. Çoxayaqlılar sinfındən kiçik, zəhərli heyvan; skolopendra.
|
ÇİYƏLƏK (ID - 7323)is. bot. Ağ çiçəkləri, çəhrayıqırmızı rəngli ətirli meyvəsi olan çoxillik ot bitkisi və bu bitkinin meyvəsi. Fərman yoldaşları ilə meşəyə çiyələkyığmağa gedər, çəmənlərdə oynar, dağlara dırmaşardı. Ə.Sadıq.
|
ÇİYİD (ID - 7324)is. Pambıq toxumu. [Həyat:] Çiyidin necə təmizlənib hazırlandığını .. yoxlayırıq. M.İbrahimov. [Xanpəri] istəyirdi ki, bütün işləri özü görsün, bütün çiyidi özü səpsin. Ə.Vəliyev.
|
ÇİYİDSƏPƏN (ID - 7325)sif k.t. Çiyid səpməyə məxsus. Traktora qoşulmuş çiyidsəpən maşın dünəndən sahədə idi. Ə.Vəliyev. Mexanizatorlar az vaxtda altı ağır malanı, beş çiyidsəpən maşını, beş traktoru təmir edib saz hala salmışlar.
// İs.... |
ÇİYİN (ID - 7326)is. Bədənin boyundan qollara qədər olan hissəsi. Ağır bir sükutun qəsəbədə hökm sürdüyünü görən Leylək çiynindəki beşaçılan tüfəngini hərləyib əlinə aldı.. S.Rəhimov. Bir daha xarabalığı gözdən keçirdikdən sonra...
|
ÇİYİNBƏÇİYİN (ID - 7327)bax çiyin-çiyinə. Çiyinbəçiyin işləmək.
|
ÇİYİN-ÇİYİNƏ (ID - 7328)zərf 1. Birgə, birlikdə, bir yerdə.
2. Yan-yana, yanakı. Ədəblə dayanıb çiyin-çiyinə; Heç biri gətirməz bir söz dilinə. Şəhriyar. |
ÇİYİNLİK (ID - 7329)is. Paltarın altından çiyinə qoyulan balışcıq. Çiyinləri çox ensiz olan qadınlar çiyinlik qoymaqla çiyin xəttini süni surətdə uzada bilərlər. “Az. qad.”.
|
ÇİYNİDÜŞÜK (ID - 7330)sif 1. Çiyinləri və ya bir çiyni aşağı olan, sallaq çiyinli.
məc. Maymaq, ağzıaçıq. |
ÇİYRƏNDİRMƏ (ID - 7331)“Çiyrəndirmək”dən f.sif
|
ÇİYRƏNDİRMƏK (ID - 7332)f Ürəyini vurmaq, iyrəndirmək, bıqdırmaq, ikrahlandırmaq, ikrah hissi oyatmaq.
|
ÇİYRƏNMƏ (ID - 7333)“Çiyrənmək”dən f.isifi
|
ÇİYRƏNMƏK (ID - 7334)f Bir işi çox görməkdən, yaxud bir şeyi çox yeməkdən təngə gəlmək, ikrahlanmaq, iyrənmək, ürəyini vurmaq. Çox vaxt adam yağlı plovdan çiyrənər, iştahası soğan-çörəkyemək çəkər. S.Hüseyn. [Çəpəl:] [Qıssa] ağ əppəyi...
|
Bu səhifə dəfə baxılıb