ÇİRKİNLİKis. 1. Kifirlik, eybəcərlik; çirkin adamın, şeyin və s.-nin halı. [Sevda:] Çirkinliyim etdirməsin ikrah; Könlüm səni öpmək dilər.. H.Cavid. Hacı Tağı Allahqulunu şirnikdirmək üçün ərə getmək vaxtı çoxdan keçmiş, çirkinlikdə özünə oxşayan təkcə qızını da [nökərə] verməyi vəd etmişdi. Ə.Əbülhəsən.
2. məc. Yaramazlıq, alçaqlıq, pislik, rəzillik. [Xosrov:] Nə üçün bu bədbəxt məmləkətdə olan bütün çirkinlikləri mənə göstərdin? A.Şaiq. [Qaraş] inanırdı ki, ata haqqında pis düşünmək ən böyük xəyanət və çirkinlikdir. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|