İzahlı lüğət

ÇİRKİN

sif l. Gözəl olmayan, gözə, qulağa xoş gəlməyən: kifir, eybəcər, bədləkər. Çirkin üz. Çirkin səs. - [Məşədi İbad:] İnsanın zahiri nə qədər çirkin olsa, batini bir o qədər gözəl olar. Ü.Hacıbəyov. [Məşədi Fatma ərinə:] Sən yaxşı bilirsən ki, böyük qız çirkin olub, evdə qalıb, o, elə bədbəxt olub, .. bu da belə bədbəxt olsun?! Çəmənzəminli.
Çirk, çirkli, kirli, natəmiz. Çirkin otaq. Çirkin yorğan-döşək.
məc. Yaramaz, ləyaqətsiz, xoşagəlməz, pis. Çirkin iş. - [Zabit:] O çirkin hərəkətim yadıma düşəndə indi də tüklərim başımda biz-biz olur.. E.Sultanov. Çirkin əməllərin özü gizləyir; Söz tutmur dodağı, məni pisləyir. Aşıq Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed