İzahlı lüğət

ÇİT

is. Basma güllü və ya saya yüngül pambıq parça. Gülnaz ucuzqiymətli çitdən sadə paltar geyirdi. T.Ş.Simurq. [Gülçöhrə:] Bu cür çitin arşınını biz həmişə səkkiz qəpikdən alırıq. Ü.Hacıbəyov.
// sif Həmin parçadan tikilmiş. Çit köynək. - Bir il bundan əvvəl kəndlərində yoldaşlarının çit libasına həsrət aparan Gülpəri indi ipək paltarda, üst-başı qızıl və cavahirat ilə bəzənmiş kəndlərinə qayıdacaqdı. S.S.Axundov. Qaratel sadə çit don geyib, başına ağ krepdeşin örpək örtmüşdü. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed