ÇOXDANKI (ID - 7385)sif. Çoxdan olmuş, qabaqlar baş vermiş. Çoxdankı söhbət. Çoxdankı hadisə.
|
ÇOXDƏZGAHÇI (ID - 7386)sif. Eyni zamanda bir neçə dəzgaha xidmət edən. Çoxdəzgahçı fəhlə.
// İs. mənasında. Çoxdəzgahçıların yarışı. |
ÇOXDİLLİ (ID - 7387)sif. 1. Müxtəlif dillərdə danışan adamlardan ibarət. Çoxdilli respublika.
2. Bir neçə dildə tərtib olunmuş. Çoxdilli lüğət. |
ÇOXDİŞCİKLİ (ID - 7388)sif. 1. Çoxlu xırda dişləri olan. Çoxdişcikli çarx.
2. zool. Çoxlu dişciyi olan. Çoxdişcikli balıq. |
ÇOXDİŞLİ (ID - 7389)sif. Çoxlu dişi olan. Çoxdişli çarx.
|
ÇOXEVLİ (ID - 7390)sif. bot. İkicinsiyyətli çiçəklərlə yanaşı bircinsiyyətli çiçəkləri də olan. Qarabaşaq çoxevli bitkidir.
|
ÇOXƏRLİ (ID - 7391)sif. Eyni zamanda bir neçə əri olan (bəzi tayfalarda nikah forması).
|
ÇOXƏRLİLİK (ID - 7392)is. 1. Arvadın eyni zamanda bir neçə əri olmasından ibarət nikah forması (bəzi tayfalarda); poliandriya.
2. Eyni zamanda bir neçə əri olma (bəzi tayfalarda). |
ÇOXƏSRLİ (ID - 7393)sif. Çox əsr ərzində mövcud olan; çox əsr yaşayan, davam edən; qədim. Bakının çoxəsrli tarixi. Çoxəsrli ədəbiyyat.
|
ÇOXƏSRLİK (ID - 7394)is. Çox əsr ərzində mövcud olma, davam etmə, yaşama. Ədəbiyyatımızın çoxəsrliliyi. Mədəniyyət abidələrinin çoxəsrliliyi.
|
ÇOXFAZALI (ID - 7395)sif. elektr. Bir neçə və ya çox fazadan keçən. Çoxfazalı enerji. Çoxfazalı elektrik axını.
|
ÇOXFİQURLU (ID - 7396)sif. Bir neçə və ya çoxlu fiquru olan. Sərgidə göstərilən çoxfiqurlu “Nümayiş” kompozisiyasına da bakılılar böyük maraqla baxırlar. (Qəzetlərdən).
|
ÇOXGÜCLÜ (ID - 7397)sif. Bir neçə at qüvvəsində olan; qüvvətli (motor, maşın, mexanizm haqqında). Çoxgüclü maşın. - Trestin mədənlərində 40-dan artıq çoxgüclü elektrik motoru azgüclü motorlarla əvəz edilmişdir. (Qəzetlərdən).
|
ÇOXGÜNLÜ (ID - 7398)sif. Günlərlə davam edən. Çoxgünlü səyahət. - Çoxgünlü kosmik uçuş müvəffəqiyyətlə başa çatdırıldı.
|
ÇOXHAKİMİYYƏTLİLİK (ID - 7399)is. Eyni vəkaləti olan bir neçə hökumət orqanının eyni zamanda mövcud olması.
|
ÇOXHECALI (ID - 7400)sif. dilç. Bir neçə və ya çoxlu hecadan ibarət olan. Çoxhecalı söz.
|
ÇOXHƏDLİ (ID - 7401)sif. riyaz. Bir neçə təkhədlinin cəbri cəmindən ibarət olan. Çoxhədli ifadə.
|
ÇOXHÜCEYRƏLİ (ID - 7402)sif. biol. Çoxlu miqdarda hüceyrədən əmələ gəlmiş. Çoxhüceyrəli orqanizm. Çoxhüceyrəli canlı.
|
ÇOXİLLİK (ID - 7403)sif 1. bot. Bir neçə və ya çox il yaşayan (bitki haqqında). Çoxillik subtropik bitkilər. Çoxillik ot. - Çoxillik alaq texniki bitkilərin ən qatı düşmənidir. (Qəzetlərdən).
2. Bir neçə il davam edən. Çoxillik tədqiqat. Çoxillik... |
ÇOXİŞLƏNƏN (ID - 7404)sif Çox istifadə olunan, gündəlik ehtiyacı ödəmək üçün lazım olan, çox tələb olunan. Sənaye məhsulunun və çoxişlənən malların .. illik istehsal planları artıqlamasilə yerinə yetirilmişdir. (Qəzetlərdən).
|
ÇOXQANADLILAR (ID - 7405)cəm zool. Çoxlu qanadları olan cücülər sinfi.
|
ÇOXQARINCIQLILAR (ID - 7406)cəm zool. Bir neçə qarıncığı olan. Çoxqarıncıqlılar sinfi.
|
ÇOXQATLI (ID - 7407)sif. Bir neçə qatdan ibarət olan; çoxlaylı, çoxtəbəqəli. Çoxqatlı karton.
// Çoxmərtəbəli. |
ÇOXLAMPALI (ID - 7408)sif. rad. Bir neçə və ya çoxlu elektron lampası olan. Çoxlampalı radioaparat. Çoxlampalı gücləndirici.
|
ÇOXLAŞMA (ID - 7409)“Çoxlaşmaq”dan f.sif.
|
ÇOXLAŞMAQ (ID - 7410)bax çoxalmaq. Ölkədə gündən-günə çoxlaşdılar; Hər əmələ, hər işə çulğaşdılar. M.Ə.Sabir.
|
ÇOXLAYLI (ID - 7411)sif Çoxqatlı, çoxtəbəqəli.
|
ÇOXLU (ID - 7412)sif. Sayca, miqdarca artıq; çox. Çoxlu adam. Çoxlu vəsait. - Vağzalın qapısında çoxlu fayton dayanıb minik gözləyirdilər. Ə.Haqverdiyev. Salman kişi [Aqilə] çoxlu dəftər, rəngli qələm alacağını vəd etdi. Mir Cəlal.
|
ÇOXLUCA (ID - 7413)sif və zərf Lap çox, bolluca, çox-çox, bol-bol. Ağac çoxluca meyvə gətirib. Çoxluca işim qalıb. - ..Gah vaxt olubdur ki, bəzilər bizdən soruşublar ki, belə bir vaxtda nə səbəbə siyasətdən, dumadan, hüquqdan, hürriyyətdən .....
|
ÇOXLUQ (ID - 7414)is. 1. Bir şeyin çox olması; bolluq, firavanlıq. Bazarda meyvənin çoxluğu. Məhsulun çoxluğu. Adamların çoxluğu.
[Dilara] evlərində heç vaxt həddindən artıq çoxluq və bəzək-düzək görməmişdi. M.İbrahimov. 2. Sayca çox... |
ÇOXMƏCHULLU (ID - 7415)sif. riyaz. Bir neçə məchulu olan. Çoxməchullu tənlik.
|
ÇOXMƏQSƏDLİ (ID - 7416)sif. Bir neçə və ya çox məqsəd üçün istifadə edilən, çox məqsədi nəzərdə tutan. Hər hansı orbital kosmik stansiya çoxməqsədli kosmik kompleksdir. (Qəzetlərdən).
|
ÇOXMƏNALI (ID - 7417)sif. dilç. Çox mənası olan. Çoxmənalı söz. “Baş ” çoxmənalı sözdür.
|
ÇOXMƏRTƏBƏ(Lİ) (ID - 7418)sif Bir neçə və çoxlu mərtəbəsi olan. Çoxmərtəbə ev. Çoxmərtəbəli bina.
|
ÇOXMİLLƏTLİ (ID - 7419)sif Çox millətlərdən, xalqlardan ibarət olan; çox millətləri, xalqları təmsil edən. Çoxmillətli dövlət. Çoxmillətli respublika. - [Aslan:] Triyest çoxmillətli şəhərdir və buna görə də burada həyat daha maraqlı olmalıdır....
|
ÇOXMİLYONLU (ID - 7420)sif. Sayı, miqdarı, qiyməti milyonlarla hesablanan.
|
ÇOXMİNLİ (ID - 7421)sif. Sayı, miqdarı, qiyməti minlərlə hesablanan.
|
ÇOXMOTORLU (ID - 7422)sif. tex. Bir neçə motoru, mühərriki olan. Çoxmotorlu təyyarə.
|
ÇOXMÖVZULU (ID - 7423)sif. Bir neçə və ya çoxlu mövzusu olan. Çoxmövzulu elmi tədqiqat planı.
|
ÇOXMÖVZULULUQ (ID - 7424)is. Bir neçə və ya çoxlu mövzusu olma. Çoxmövzululuqla mübarizə. - [Elmi işlərin əlaqələndirilməsinin yarıtmaz olması] nəticəsində elmi işdə çoxmövzululuq, paralelizm halları əmələ gəlmişdir. (Qəzetlərdən).
|
ÇOXNÖVÇÜ (ID - 7425)sif. İdmanın çox növü ilə məşğul olan idmançı.
|
ÇOXNÖVÇÜLÜK (ID - 7426)is. idm. İdmanın bir neçə növündən ibarət yarış kompleksi. Çoxnövçülükdə birinci yeri tutmaq. Çoxnövçülük üzrə yarışlar.
|
ÇOXNÖVLÜ (ID - 7427)sif Bir neçə və ya çoxlu növdən ibarət olan.
|
ÇOXOTAQLI (ID - 7428)sif Bir neçə və ya çoxlu otaqdan ibarət olan. Çoxotaqlı mənzil.
Çoxotaqlı, geniş artırmalı, rəngin pəncərəli, ikimərtəbə imarət daşdan tikilmişdi. Çəmənzəminli. |
ÇOXPARTİYALI (ID - 7429)sif Bir neçə partiyanın nümayəndələrindən təşkil olunmuş. Çoxpartiyalı hökumət.
|
ÇOXPİLLƏLİ (ID - 7430)sif Bir neçə hissədən, pillədən ibarət olan. Çoxpilləli kosmik raket.
Çoxpilləli seçki sistemi - birbaşa seçkilərdən fərqli olaraq, seçicilərə deputat və ya başqa seçkiçilər seçmək üçün ancaq seçkiçilər seçmək hüququ... |
ÇOXPLANLI (ID - 7431)sif Bir neçə sahəni, problemi nəzərdə tutan, qavrayan. Çoxplanlı tədqiqat əsəri. - Müəllif bir yerdə “Səhər ”i sadə olaraq çoxplanlı roman adlandırır. (Qəzetlərdən).
|
ÇOXRƏQƏMLİ (ID - 7432)sif. Çoxlu rəqəmlərdən ibarət olan. Çoxrəqəmli say.
|
ÇOXRƏNGLİ (ID - 7433)sif 1. Müxtəlif rəngli naxışları olan; ala-bəzək. Çoxrəngli parça.
mətb. Müxtəlif rənglərdə çap edən. Çoxrəngli çap maşını. // Bir neçə rəngdə çap olunmuş. Çoxrəngli plakat. Çoxrəngli şəkillər. |
ÇOXSAHƏLİ (ID - 7434)sif Bir neçə və ya çoxlu sahəsi olan, bir çox sahələri əhatə edən.
// Bir çox sahəni əhatə edən. Çoxsahəli fəaliyyət. - Mən şair olduğum üçün onun [Mikayıl Mirzənin] çoxsahəli fəaliyyətinin bir qanadından - poeziya... |
Bu səhifə dəfə baxılıb