İzahlı lüğət

ÇÜRÜK (ID - 7635)

sif. 1. Çürüyüb xarab olmuş; çürümüş. Çürük taxta. Çürük meyvə. - [Balaş:] Artıq bu həqiqətdir ki, qadınsız cəmiyyət çürük bir ağac kimidir. C.Cabbarlı. [Sona:] Öz məhəbbətinə dönük çıxan .. adamı çürük diş...

ÇÜRÜKÇÜ (ID - 7636)

is. Bir şeyi həddindən artıq təkrar etməklə bıqdıran, təngə gətirən adam. [Satıcı:] Qardaşoğlu, de görüm alansan, ya çürükçüsən! Mir Cəlal.

ÇÜRÜKÇÜLÜK (ID - 7637)

is. Çürükçü adamın xasiyyəti; çürükçü olma.
□□ Çürükçülük eləmək - bir şey haqqında həddən artıq danışmaq, təkrar etmək, çürüyünü çıxarmaq. Bəsdir çürükçülük elədin. - [Zalxa Namaza:] Yaxşı, bəsdir,...

ÇÜRÜKLÜK (ID - 7638)

is. Çürük şeyin halı; çürük olma. Taxtanın çürüklüyü.

ÇÜRÜMƏ (ID - 7639)

“Çürümək”dən f.sif.

ÇÜRÜMƏK (ID - 7640)

f. 1. Mikroorqanizmlərin təsiri altında pozulub xarab olmaq. Taxta çürüdü. Meyvələr yağışdan çürümüşdür. - [Qərənfilin] də yarı canı qalıb südün yanında ki, südü bişirmədim, çürüyəcək. Ə.Vəliyev. Ayaq üstündə çürümüş...

ÇÜRÜNTÜ (ID - 7641)

is. Çürümüş şeylər. Xəzəl çürüntüsü. - Meşədən həmişəki ürəkaçan ətirli rayihə əvəzinə rütubətli çürüntü qoxusu gəlirdi. M.Rzaquluzadə. Torpağın qış aratına qoyulması yerdə qalmış çör-çöpün çürüntüyə...

ÇÜRÜNTÜLÜ (ID - 7642)

sif. Tərkibində çürüntü olan, çürüntü ilə qarışmış. Çürüntülü torpaq.

ÇÜRÜTMƏ (ID - 7643)

“Çürütmək”dən f.sif.

ÇÜRÜTMƏK (ID - 7644)

f. 1. Çürüməsinə səbəb və ya vasitə olmaq, çürüməsi üçün şərait yaratmaq. Xəzəli torpağa qarışdırıb çürütmək.
Gölməçə suların rəngi sapsarı; Xəstəlik çürüdür ağaclıqları. S.Vurğun. [Göyçək] ayranı çürüdüb...

ÇÜY (ID - 7645)

is. Mil, çiv (təkərdə).

Bu səhifə dəfə baxılıb

......