İzahlı lüğət

ÇÜRÜK

sif. 1. Çürüyüb xarab olmuş; çürümüş. Çürük taxta. Çürük meyvə. - [Balaş:] Artıq bu həqiqətdir ki, qadınsız cəmiyyət çürük bir ağac kimidir. C.Cabbarlı. [Sona:] Öz məhəbbətinə dönük çıxan .. adamı çürük diş kimi kökündən qoparıb ataram. B.Bayramov.
2. məc. Sağlam bir təmələ, dəlilə əsaslanmayan; etibarsız. Çürük nəzəriyyə. Çürük fikirlər. - Əsrlərdən bəri avam xalqın iliyinə qədər yerləşmiş çürük əqidələr dəxipuç olub getdi. Ü.Hacıbəyov.
// məc. Köhnəlmiş, zəmanəyə uyğun olmayan, vaxtı keçmiş. Çürük adətlər.
// məc. Boş, mənasız, lüzumsuz. [Səlim:] Sizin kimi ziyalı bir adam bu kimi çürük və mənasız şeylərlə məşğul olarsa, o zaman avam və fanatik müsəlmanları nə haqla qınaya bilərik? S.Hüseyn.
□□ Çürüyünü çıxar(t)maq - bir şeyi həddindən artıq təkrarlayaraq bıqdırmaq. [Bibixanım Fərruxa:] O qədər çürüyünü çıxardırsan ki, sonra day yerini almaz. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed