İzahlı lüğət

ÇİZGİNMƏK (ID - 7335)

f b a x çimçişmək.

ÇOBAN (ID - 7336)

is. [fars.] Qoyun-keçi sürüsünü otaran adam. Sürü-sürü qoyunları çoban yamacda otladar; Alar ələpapağını, oxur şikəstə, fit çalar. A.Səhhət. Çobanlar bəzən qucaqlarındakı əkiz quzunu soyuqdan qorumaq üçün ərklə Səfər...

ÇOBANALDADAN (ID - 7337)

is. zool. Uçarkən teztez yerə qonan bozrəngli, uzunquyruqlu quş; çobanquşu.

ÇOBANAŞI (ID - 7338)

is. Azərbaycanın müxtəlif yerlərində müxtəlif şəkildə suda və ya süddə bişirilən aş. Qurban .. obalara gedib süd almalı və ağalar üçün çobanaşı bişirməli idi. T.Ş.Simurq.

ÇOBANBAYATI(SI) (ID - 7339)

is. mus. Tütəkdə çalınan xalq havalarından birinin adı. Şikəstəm, segahım, çobanbayatım; Bir şərbət dadıyır ağızda, dildə. S.Vurğun.

ÇOBANBOZARTMASI (ID - 7340)

is. Ətdən bişirilən bozartma növü.

ÇOBANÇİÇƏYİ (ID - 7341)

is. bot. Hündürlüyü bir metrə qədər olan çoxillik ot bitkisi.

ÇOBAN-ÇOLUQ (ID - 7342)

ÇOBANƏPPƏYİ (ID - 7343)

is. bot. Yabanı halda bitən, kəklikotuna oxşar yeyilən ot bitkisi.

ÇOBANI (ID - 7344)

is. Əldə çomaqla oynanılan cəld rəqs; çobanlar rəqsi. [Dostlar] çobanı oynayırlar. (Qəzetlərdən).
// Həmin rəqsin musiqisi. Çobanı çalmaq.
// Çobanbayatısı.

ÇOBANİTİ (ID - 7345)

is. Sürünü qorumaq üçün saxlanılan iri, güclü it cinsi. Boz çobanitiləri yüyürüb furqonun dal-qabağında hoppanır, hürüşürdülər. Mir Cəlal.

ÇOBANQUŞU (ID - 7346)

bax çobanaldadan. Üç addımlıqdan vəhşi bir çobanquşu qalxdı. H.Nəzərli.

ÇOBANLIQ (ID - 7347)

is. Çobanın işi, peşəsi. Səksən yaşına kimi dağda-aranda çobanlıq eləyib, ağlı-qaralı buludlarla qol-boyun yatan .. Əmiraslan baba .. söhbət edirdi. S.Rəhimov.

ÇOBANTOXMAĞI (ID - 7348)

is. bot. Çoxlu saçaqlı kökləri olan çoxillik ot bitkisi. Çobantoxmağı .. gövdəsi 60 sm-ə qədər hündürlüyündə, seyrək çim əmələ gətirən çoxillik bitkidir. Kökümsovu qalındır, qısadır, sürünəndir, üzərində külli miqdarda...

ÇOBANTOPPUZU (ID - 7349)

is. bot. Əsasən yabanı halda bitən, bəzən də yem bitkisi kimi əkilib-becərilən çoxillik ot bitkisi. Otlağın dincə qoyulduğu ikinci ildə yapışqan yonca, çobantoppuzu, ala-bəzək dəlicəotu, alçaqboylu çilot kimi qiymətli yem bitkilərində...

ÇOBANTÜTƏYİ (ID - 7350)

is. mus. Tütəyin ən sadə növü. [Fəsli oğlan:] ..Çobantütəyindən yapışanları musiqişünas hesab etmirəm! M.İbrahimov.

ÇOBANULDUZU (ID - 7351)

is. Venera (Zöhrə) planetinin xalq arasında işlənən adı. [Şərəf:] Çobanulduzunumu deyirsən, ay bala? [Salman:] Onu deyirəm. Ə.Haqverdiyev.

ÇOBANYASTIĞI (ID - 7352)

ÇOCUQ (ID - 7353)

is. Uşaq. Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan çocuq! M.Ə.Sabir. Məktəb çocuqları yenə də yaxınlaşıb Əsədi əhatə etdilər. B.Talıblı.

ÇOCUQLUQ (ID - 7354)

is. Uşaqlıq. [Sitarənin] zahir və batinində çocuqluq əsərləri məhv olub gedirdi. Çəmənzəminli. Bu sonuncu kəlmələr qaraüzlü həbəşə çocuqluq dastanını xatırladırdı. H.Nəzərli.

ÇODAR (ID - 7355)

is. Keçmişdə: mal-qara alveri ilə məşğul olan adam. [Koroğlu dedi:] Çodaram, qoyun almaq istəyirəm. “Koroğlu”. Cəlil ağa cavab verdi ki, çodardır, şəhərə mal gətirib, sabahı gözləyir.. İ.Musabəyov.

ÇODARLIQ (ID - 7356)

is. köhn. Çodarın peşəsi, işi.

ÇOX (ID - 7357)

sif. və zərf 1. Sayca az olmayan; miqdarı artıq olan (az ziddi). İclasda çox adam iştirak edirdi. - [Sultan bəy:] ..Yaşım çoxdur, pulum da azdır. Ü.Hacıbəyov.
□ Çox az - lap az, olduqca az, cüzi. Çox azpul. Çox az vaxt qalıb.
...

ÇOX-ÇOX (ID - 7358)

zərf və sif 1. Lap çox, olduqca çox, olduqca. [Məmməd:] ..Vətənim çox-çox uzaq bir diyardadır. E.Sultanov. Zəhm və qorxu uşaqlıq illərilə birgə çox-çox uzaqlarda qalmışdı. İ.Hüseynov.
2. Çoxlu, olduqca çox, dönə-dönə....

ÇOXALDILMA (ID - 7359)

“Çoxaldılmaq”dan f.sif

ÇOXALDILMAQ (ID - 7360)

məch. Sayca, miqdarca artırılmaq, çox edilmək. Xərclər çoxaldılmışdır.

ÇOXALLAHLILIQ (ID - 7361)

is. Çoxlu allahların mövcud olduğunu qəbul edən din; politeizm (təkallahlılıq əksi).

ÇOXALMA (ID - 7362)

“Çoxalmaq”dan f.sif

ÇOXALMAQ (ID - 7363)

f Miqdarca, sayca, həcmcə və s. artmaq. İşimiz çoxalmışdır. Mədəni tələbat getdikcə çoxalır. - Maşınlar, insanlar dağılır düzə; Çoxalır səhrada gediş-gəliş də. S.Vurğun. Günlər keçdikcə Usta Qiyasın fikri daha da çoxalır....

ÇOXALTMA (ID - 7364)

“Çoxaltmaq”dan f.sif.

ÇOXALTMAQ (ID - 7365)

f. Sayca, miqdarca, həcmcə və s. artırmaq, çox etmək. Məhsulu çoxaltmaq. Sayını çoxaltmaq. - [Muradın] müəyyən bir planı da vardı; toyuqlarını çoxaldacaq, keçiləri doğub törəyəcək, keçən payızda aldığı düyəsi gələn...

ÇOXARVADLI (ID - 7366)

sif Eyni zamanda bir neçə arvadla nikahı olan, bir neçə arvadı olan. Çoxarvadlı kişi.

ÇOXARVADLILIQ (ID - 7367)

is. 1. Kişinin eyni zamanda bir neçə arvadla nikahı olan nikah forması; poliqamiya.
2. Eyni zamanda bir neçə arvadla nikahı olma, bir neçə arvadı olma.

ÇOXATLI (ID - 7368)

sif. Bir neçə at qoşulmuş, bir neçə atla sürülən (araba və s. haqqında). Atlardan çoxatlı arabalarda istifadə edilir və onların münasib qoşqu ləvazimatı olur. “Atçılıq qabaqcılları”.

ÇOXATOMLU (ID - 7369)

sif. xüs. Bir neçə atomu olan, bir neçə atomdan ibarət olan. Çoxatomlu spirt. Çoxatomlu üzvi birləşmə.

ÇOXAYAQLILAR (ID - 7370)

cəm zool. Çoxlu ayaqları olan qurdvari bədənli heyvanların böyük qisminin adı. Xərçəngləri, hörümçəkləri, çoxayaqlıları və cücüləri buğumayaqlılar adlandırırlar. “Zoologiya”.

ÇOX-AZ (ID - 7371)

b ax az-çox. Qane olub həyatda; Çoxa-aza Füzuli; Qocaldı, dərdlərini; Yazayaza Füzuli. B.Vahabzadə.

ÇOXBİLƏN (ID - 7372)

sif. və is. Həyat təcrübəsi, biliyi çox olan. Çoxbilən qoca.

ÇOXBİLMİŞ (ID - 7373)

sif. və is. bax çoxbilən. [Tutubəyim ağa] qızının dayə ilə pıçıldaşdığını görüb: - Yenə o çoxbilmiş qız nə soruşur? - deyə gülümsündü. Çəmənzəminli. [Şərəfoğlu:] Rüstəm kişi, bu indiki cavanlar özlərini çoxbilmiş...

ÇOXBİLMİŞLİK (ID - 7374)

is. dan. Biclik, hiyləbazlıq. ..Səkinə ərinin izzəti-nəfsi ucundan necə çoxbilmişliyə əl atdığına güldü. M.İbrahimov.

ÇOXBUCAQLI (ID - 7375)

sif. Çoxlu bucağı olan. Çoxbucaqlı məqbərə.
// is. Dörddən artıq bucağı olan həndəsi fiqur.

ÇOXBUĞUMLU (ID - 7376)

sif. Çoxlu buğumdan ibarət olan, çoxlu buğumu olan. Çoxbuğumlu qurd. - [Bu sortun] gövdəsi çox tüklüdür, dirsəkli və çoxbuğumludur. “Pambıqçılıq”.

ÇOXCA (ID - 7377)

sif. və zərf Çoxlu, lap çox, olduqca çox, bolluca. Çoxca yemək. - Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör! M.Ə.Sabir.

ÇOXCƏHƏTLİ (ID - 7378)

sif. Genişliyi, müxtəlifliyi ilə fərqlənən; çoxşaxəli, çoxtərəfli. Çoxcəhətlifəaliyyət. - Bülbül Məmmədov 1931ci ildə Vətənə qayıtdıqdan sonra çoxcəhətli yaradıcılıq işinə başladı. (Qəzetlərdən).

ÇOXCİLDLİ (ID - 7379)

sif. Çoxlu cilddən ibarət olan. M.S.Ordubadinin çoxcildli seçilmiş əsərləri. Çoxcildli ədəbiyyat tarixi.

ÇOXÇALOVLU (ID - 7380)

sif. Bir neçə çalovu olan. Çoxçalovlu ekskavator.

ÇOXÇARPAYILI (ID - 7381)

sif. Çoxlu çarpayı yerləşən. Çoxçarpayılı xəstəxana.

ÇOXÇİÇƏKLİ (ID - 7382)

sif. bot. Çoxlu çiçəyi olan (bitkilər haqqında). Çoxçiçəkli kol.

ÇOXDAN (ID - 7383)

ÇOXDANIŞAN (ID - 7384)

sif. Çox danışmağı sevən; naqqal, uzunçu. Çoxdanışan adam. - [Mikayılov] Mərmər xanımın çoxdanışan (z.) olduğunu tamam yadından çıxarmışdı. Y.Əzimzadə.
// İs. mənasında. Çoxdanışanın biridir.
[Maya öz-özünə:]...

Bu səhifə dəfə baxılıb

......