İzahlı lüğət

ÇİYİN

is. Bədənin boyundan qollara qədər olan hissəsi. Ağır bir sükutun qəsəbədə hökm sürdüyünü görən Leylək çiynindəki beşaçılan tüfəngini hərləyib əlinə aldı.. S.Rəhimov. Bir daha xarabalığı gözdən keçirdikdən sonra qocaya tərəf dönüb, əlini onun çiyninə qoydu. Ə.Məmmədxanlı.
// Geyimin haman yeri örtən hissəsi. Paltonun çiyni. - [Uşağın] gözünün yaşı pencəyimin çiynini islatmışdı.. M.S.Ordubadi.
Çiyninə aşırmaq - qaldırıb çiyninə qoymaq. Tapdıq xurcunu götürüb çiyninə aşırdı. Ə.Vəliyev.
□□ Çiynindən (çiyinlərindən) ağır yük götürülmək - bax çiynindən (çiyinlərindən) dağ götürülmək. Çiynindən (çiyinlərindən) dag götürülmək - üzərindən ağır yük götürülmək, ağır, məsuliyyətli bir işdən azad olmaq. Birdən mən [qadını] tanıyarkən elə bil çiynimdən ağır bir dağ götürüldü. Ə.Məmmədxanlı. Çiyninə (çiyinlərinə) düşmək - üzərinə, öhdəsinə düşmək, görməli olmaq. Çiynini (çiyinlərini) atmaq (çəkmək) - narazılığını və ya bir işdən xəbəri olmadığını bildirmək əlaməti olaraq çiyinlərini tərpətmək. Seyran çiyinlərini atdı: -Bilmirəm, - dedi. Q.İlkin. Frosya çiyinlərini çəkib, dodaqlarını büzdü. H.Seyidbəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed