İzahlı lüğət

ÇEŞİD

is. 1. Hər hansı bir malın keyfiyyət və qiymətcə növü, sort. İkinci çeşiddən olan un. Parçanın çeşidi.
// İstehsalına, materialına və c.-yə görə malın müxtəlifliyi; növ. Parçanın çeşidləri. - [Qızlar] iki-iki, üç-üç və daha artıq çoxluğu olan kiçik dəstələrlə böyük dəzgahlar qarşısında əyləşib bütün gün axşamacan çeşidli fərşlər toxuyurdular. Ə.Məmmədxanlı.
2. məc. Cür, növ. [Nüşabə:] Durmayın, şahanə bir süfrə açın! Ortaya hər çeşid naznemət saçın! A.Şaiq. Hansı saya, hesaba gələr insan dərdinin insan arzusunun çeşidi. R.Rza.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed