İzahlı lüğət

ÇUL

is. 1. Üstündə oturmaq və ya soyuqdan qorunmaq üçün atın və bəzi başqa heyvanların dalma salman qıldan və ya yundan toxunma qalın örtük. Şirməmməd öküzləri rahatladı, çullarını alıb qabaqlarına yem tökdü. E.Sultanov. [Nisə xala:] Yəhərləmək lazım deyil, çulu aşır üstünə. Qantəmir.
2. dan. Geyim, paltar mənasında (istehza ilə).
□□ Çul kimi yerə sərilmək - yerə dəymək, birdən bərk yıxılmaq. Bayram qoşalüləni hərləyib qırma barıtı bəyin qarnına doldurur. Bəy çul kimi yerə sərilir. Ə.Vəliyev. Çulunu sudan çıxarmaq - birtəhər dolanmaq, işin içindən çıxmaq. [Şirzad Yarməmmədə:] Deyirəm, qorxaqsan, birtəhər sürünüb çulunu sudan çıxarmaq istəyirsən. M.İbrahimov. Turaclılar demişkən [Qurban] oxuyub qurtarmadı, bəlkə süründü, ölüm-zülüm çulunu sudan çıxartdı. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed