ÇIĞIRMAQf 1. Bərk qışqırmaq, bağırmaq. Nə üçün çığırırsan? Çığırmaqdan səsi batdı. - Atalar doğru deyib: - Oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı. Ə.Vəliyev.
// Çığıra-çığıra demək, bərk səslə demək. Polad çığırdı ki: - Mən bu dünyada; Yaşadım namusla, vicdanla ancaq. M.Rahim. Bərkdən ağlamaq, fəryad etmək, haray salmaq, bağırmaq. Gördüm ki, bir balaca uşaq yıxılıb adamların ayağının altına, çığırır. M.S.Ordubadi. O biri otaqda yatmaqda olan Ruqiyyə xanımın körpəsi yuxudan ayılıb çığırmağa başladı. S.Hüseyn. // Bərkdən özünəməxsus səs çıxartmaq (heyvanlar və quşlar haqqında). Atlar daha da şiddətlə başladılar çığırmağa. C.Məmmədquluzadə. Hərdənbir kəndin üzərindən yanıqlı-yanıqlı çığıran (f.is.) durna dəstələri ötüb keçirdi. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|