İzahlı lüğət

ÇARƏSİZ

1. zərf Əlacsız, əlacı kəsilərək, məcbur olaraq, naçar. Durdum, mağaranın ağzından içəri baxdım. Bir şey görmədim, çarəsiz mağaraya girdim. A.Şaiq. Rəna gedən zaman dönüb baxdı qız; Neyləyə bilərdi, baxdı çarəsiz. M.Rahim.
□ Çarəsiz qalmaq məcbur olmaq, əlacsız qalmaq, əlacı kəsilmək. Novruz çarəsiz qalıb atları açdı. N.Nərimanov. Kor Seyid əvvəl buna razı olmayırsa da, sonra çarəsiz qalaraq Məsməni Bakıya göndərir. S.Hüseyn.
// sif. Başqa bir çıxış yolu olmayan, həlli mümkün olmayan; naçar.
sif. Çarəsi, əlacı olmayan, müalicə oluna bilməyən; sağalmaz. Çarəsiz bir xəstəlik.
Çarəsiz dərdə loğman da acizdir. (Ata. sözü). Kor, şil, kar, çolaq, şikəst və hər cür çarəsiz dərdlərə düşən xəstələr o pirə gəlib “şəfa” tapırdılar. E.Sultanov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed