İzahlı lüğət

ÇOLPA

is. 1. Toyuq, qartal; qırqovul və bəzi başqa quşların bir və ya ikiillik xoruzu. Qoca qartal dağ başında qərar tutub, hər səhər; Uçurduğu çolpaları bu minvalla seyr edər. S.Vurğun. Xanpəri o gün işə çıxmayıb, iki çolpa kəsdirmiş, bir qazan zəfəranlı plov bişirmişdi. Ə.Vəliyev.
Həmin xoruzun bütöv şəkildə qızardılmışı. Tapdıq çolpanın ikinci budunu da dişinə çəkdi.. Ə.Əbülhəsən. [Arvad] qazmağı bir boşqaba, çolpaları da ayrı boşqaba qoyub süfrəyə gətirdi. Ə.Vəliyev.
məc. zar. Uşaq. [Qurban:] Pah atonnan, ay Telli, belə getsə sənin bu çolpan böyük alim olacaq. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed