İzahlı lüğət

ÇAPALAMAQ

f 1. Ağrıdan, qızdırmadan və başqa bir səbəb üzündən çırpınmaq, bədəni sarsılmaq, əl-ayağını oynatmaq. Xosrov hələ də çınqıl üzərində çapalayırdı. S.Rəhimov. [Müəllim] qızdırmanın içərisində çapalayan (f.is.) körpəsinin xəstəliyə davam gətirə bilməyəcəyindən narahat idi. Q.İlkin.
2. Zor bir vəziyyətdən qurtarmaq, yaxud da gücü çatmadığı bir işin öhdəsindən gəlmək üçün çox çalışmaq, əlləşmək, cəhd etmək, səy etmək. At ha çapaladı, ha partdadı, ayaqlarını Dəmirçioğlunun əlindən qurtara bilmədi. “Koroğlu”. Uşaq nə qədər çapaladısa, sürüşkən xəndəkdən çıxa bilmədi. M.İbrahimov.
// Məc. mənada. Qaçay bu qarma-qarışıq fikirlərin torunda çapalayarkən uzun-uzadı siqnal səsi eşitdi. İ.Məlikzadə. [Mollayev] daim şübhə və tərəddüd içində çapalayır, ən yaxın dostlarından da şübhələnirdi. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed