İzahlı lüğət

ÇALINMAQ

məch. 1. Musiqi alətində ifa edilmək. Bu sırada yandakı görünməz məzarlıqda həzin və xəfif bir ahəng ilə çoban düdüyü çalınmağa başlar. H.Cavid. Sanki birdən çalınırdı; Qumrov, kaman, nayla ney. Ə.Cavad.
Vurulmaq, eşidilmək. ..Qapının zəngi çalındı, Şirmayı.. tez qapını açdı. M.Hüseyn.
Döyülmək, taqqıldadılmaq. Dün qapım çalınarkən anladım, odur, haman; Çıxdım, ansızın öpdüm onun yüngül əllərin. M.Müşfiq. Bu halda evin qapısı çalındı. H.Nəzərli.
Vurulmaq, qaxılmaq (mıx).
// Mıxla bir yerə bənd edilmək, vurulmaq. Yan küçədə sınıq-sökük darvazaya çəkməşəkilli iri bir lövhə çalınmışdı. Çəmənzəminli.
5. Biçilmək. Otlaqların otu çalınmışdır. Biçənək çalındı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed