İzahlı lüğət

ÇÖTKƏ

is. [rus.] köhn. Dördbucaqlı çərçivədə eninə taxılmış millərə keçirilən aşıqlardan ibarət sadə hesablama aləti; sayğac. Xozeyin dinməz-söyləməz çötkəni götürüb, çaqçuq hesab elədi. S.M.Qənizadə. [Hesabdar] çötkə dənələrini tərpətdi, dənələr millərdə fırlanaraq şıq-şıq şıqqıldadı. S.Rəhimov.
Çötkəyə vurmaq (salmaq) - çötkədə hesablamaq. [Əsgər:] Rəsul oxumur, atamız da gündə beş yol dəftəri çıxardıb qoyur qabağına, vurur çötkəyə. N.Vəzirov. Əgər durub yaxşı hesab eləsək və çötkəyə salıb tərəziyə vursaq, görərik ki, müsəlmanlar on bir ayın müddətində yeyib-içməyə xərclədiklərindən çox artıq bircə ramazan ayında yeyibiçməyə xərcləyirlər. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed