İzahlı lüğət

ÇUBUQ

is. 1. Elastik, yarpaqsız, nazik, düz budaq, şüy. Çubuqla yun döymək. Söyüd çubuğu. - Mirzağa əlində tutub gəzdirmək üçün bağçadan bir çubuq kəsmişdi. S.Hüseyn. Kərim baba .. iki barmaq qalınlığında yaş çubuğu yonurdu. A.Şaiq.
Nazik metal mil. Dəmir çubuq.
Tənbəki çəkmək üçün bir ucu ağızlıq, digər ucunda isə tənbəki tökməyə məxsus yeri olan içiboş nazik ağac parçasından ibarət cihaz; qəlyan. Çıxartdı [Məmmədhəsən əmi] çubuğunu və kisəsini və çubuğu doldurub başladı çəkməyə. C.Məmmədquluzadə.
məc. Arıq, nazik, incə mənasında. Çubuq qız. - [Aslan bəy:] [Aydəmir] 19yaşında çubuq uşaq(dır). C.Cabbarlı. Daha Ələmdar qutudakı üzüyü öz çubuq barmağına keçirib, bilərziyi dəyənək qoluna bağlayıb, həmayili də sinəsindən asmayacaqdı ki. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed