İzahlı lüğət

ÇÖP

is. 1. Taxta, ağac, saman və s. parçacığı. Dişini çöplə təmizləmək. - Gəldiyev əlindəki kibrit çöpünü nəm çəkmiş zərflərin böyründən salır, bura-bura açırdı. Mir Cəlal.
Bədənin bir yerinə batmış belə qırıntı, tikan və s. [Səkinə Güllüyə:] Əlini mənə ver, çöpü çıxardım. H.Seyidbəyli.
Boğazda (əsasən uşaqlarda) ilişib qalan sümük, tum qabığı və s. qırıntısı. Uşağın çöpünü çıxarmaq.
bakt. Çöp şəklində mikrob, basil. Vərəm çöpü. - Müəyyən edilmişdir ki, efir yağının spirtli məhlulu .. bir sıra bakteriyaların bağırsaq çöplərini məhv edir. “Elm və həyat”. Qarın yatalağı və qanlı ishal çöpləri 100-120 günədək salamat qalıb fəaliyyət göstərir. “Sağlam məişət uğrunda”.
□□ Çöp atmaq - eyni şeylər arasından bəxtəbəxt olaraq birini götürmək. Əriyib çöpə dönmək - xəstəlik və s. üzündən çox arıqlamaq, zəifləmək, üzülmək, qurumaq. Uşaq lap çöpə dönübdür. - Bəli, [adamlar] canları ilə, yəni bədənləri ilə, yəni fədakarlıq eləyib, əriyib çöpə dönüblər. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed