İzahlı lüğət

ÇIRT

təql. Tüpürərkən çıxan səs.
□ Çırt atmaq - tüpürmək, tüpürərkən çırt səsi çıxartmaq. [Qənbərqulu:] [Əsgər] uzun bir çubuq da qoyub damağına, sağa da çırt atır, sola da. B.Talıblı. [Bəy] yandan düşmüş dişinin yerindən çırt atdı və danışdı. Mir Cəlal. Çırt çubugu - tənbəki çəkmək üçün uzun çubuq, qəlyan. Rəhim bəy bunu deyərək bir dənə uzunquyruq çırt çubuğunu çıxardıb qabağına qoydu. Ə.Haqverdiyev. [Aftil:] Kəblə Fatmanisənin də çırt çubuğu elə fisıldayır ki, elə bil paroxod bacasıdır. C.Cabbarlı. Çırt tənbəkisi - çırt çubuğuna doldurmaq üçün tənbəki. [Əmrah:] Necə ola bilər ki, çırt tənbəkisi çəkə, ağzından xanıma pis iy gəlməyə?! Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed