İzahlı lüğət

ÇAĞIRIŞ

is. 1. Çağırma, səsləmə; çağırma səsi. [Qəhrəman] dayanıb bu çağırış səsini dinləyirdi. S.Rəhimov. Şahpəri altdan-üstdən geyinib Daşdəmirin çağırışına getdi. B.Bayramov.
Bir rəhbər ideyanı, siyasi tələbi qısa şəkildə ifadə edən müraciət; şüar. [Nizami:]
..Qızıl Arslanın çağırışına birinci növbədə mən səs verirəm. M.S.Ordubadi.
Bir iş görmək, vəzifəsini yerinə yetirmək üçün tələb və ya xahişlə bir yerə gəlmə. [Həsən ağanın] oğlu anasının çağırışını dərhal başa düşdü və yapıncılı-çuxalı eyvana çıxdı. İ.Şıxlı.
Bax çağırış vərəqəsi. Ağabala hələ indiyə qədər çağırış almamışdı. Mir Cəlal.
□ Çağırış vərəqəsi - bir yerə çağırılmaq haqqında qısa yazılı məlumat, çağırış. Məhkəmədən çağırış vərəqəsi almaq. - Birdən Gəray çağırış vərəqəsini masanın üstə qoyub dilləndi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed