İzahlı lüğət

ÇAXMAQ2

f 1. Atəş açmaq üçün tüfəngin, tapançanın çaxmağını çəkib buraxmaq; atəş açmaq; güllə ilə vurmaq. Səttar daxılı çəkir, tapançanı çıxarıb Kəblə Heybətin kürəyinə bir güllə çaxır. H.Sarabski. Həmin saat tüfəngin iki gözünü də çaxdım, ancaq heç biri dəymədi. M.Rzaquluzadə.
2. Birdən-birə işıldamaq, parıldayıb bərk şaqqıldamaq (ildırım, şimşək haqqında). 0imşək çaxdı. - Faytonun içərisini sükut bürümüşdü, bayırda isə şiddətlə yağış yağır, göy guruldayır və ildırım çaxırdı. M.S.Ordubadi. Gün çıxar, qar yağar, ildırım çaxar; Əgər tənha olsa, dağ da darıxar. N.Xəzri.
// Obrazlı təşbehlərdə işlədilir. Kinli ürəklərdə bəslənən şimşək; Başında partladı, gözündə çaxdı. M.Müşfiq. Dəmirqayanın gözləri alovlanır, baxışlarından ildırımlar çaxırdı. H.Nəzərli.
// Vurmaq, ilişdirmək. Başına bir yumruq çaxdı.
// Əllə və ya əldə tutulan bir şeylə vurmaq; qaxmaq. Mıx çaxmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed