
CALANMAQf 1. Calaq edilmək, peyvənd edilmək, qələm edilmək. Calanmış (f.sif.) ağac.
// Yaxşı tutmaq (peyvənd, qə ləm). Qələm yaxşı calanmışdır. məc. Bağlanmaq, rəbt olmaq. Yenə gün calanır; Ötən günlərə; Mən sənə yaxınam; Sən mənə uzaq. N.Xəzri. [Şair:] Buyol mənim dövlətim; Bu yol mənim varımdır; Bir-birinə calanan; Polad misralarımdır. B.Vahabzadə. Tökülmək, axıb tökülmək. [Ruqiyyə xanım] əlini qaldırdığı qədəhlə bərabər masanın üzərinə çırpdı. Şərab tamamilə süfrəyə calandı. S.Hüseyn. Yağış bir sel axını kimi göydən yerə calanır. Ə.Məmmədxanlı. məc. İlişmək. [Əşrəf Bahara:] Yoxlamamış, bilməmiş birisinə calandıq, ondan ibrət olmadı.. B.Bayramov. Paylaşın - Hamı bilsin
|