
CAMADARis. [fars.] Hamamda paltarabaxan, paltarsaxlayan xidmətçi. Camadarın şahlığı hamamçılıqdır. (Ata. sözü). Bir kənarda bir neçə nəfər camadar, əllərində qırmızı fitə, balaqları çirməli dayanıbdırlar. Ü.Hacıbəyov. Əbülfəz bu yoxsul camadar qızını [Səltənəti] qızıl gücünə, daş-qaş bahasına ovlamışdı. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|