İzahlı lüğət

ÇƏNG3

is. [fars.] Formaca arfaya oxşayan qədim Şərq simli musiqi alətlərindən biri. O yanda Sədi vəquranə çöhrəsilə baxar; Bu yanda nayü dəfü çəng kainatı yıxar. M.Hadi. İki dəqiqə keçməmişdi, bir dəstə cariyə əllərində ud və çəng oxuya-oxuya meşəyə girdi. M.S.Ordubadi. ..[İnsanlar] kamanların altına çanaqlar qayırıb, kirişlərin də sayını artırmaq yolu ilə nəticədə arfa və arfaya bənzər çəng musiqi alətlərini ixtira edirlər. Ə.Bədəlbəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......