İzahlı lüğət

ÇEŞMƏ

is. [fars.] 1. Yerin altından sızıb çıxan su mənbəyi; bulaq, qaynaq. [Çinarların] arasından çıxan sərin çeşmə çınqıl daşların üzərindən xoşahəngli bir şırıltı ilə böyük çaylara doğru axıb gedirdi. A.Şaiq. Sərin çeşmələrin qaynayır gözü; Yenə dinləyirəm aram-aram mən. N.Xəzri.
Məc. mənada. Ey insan! Urəyin qədrini bil ki; Həyat çeşməsidir o müqəddəs su. S.Vurğun.
□□ Göz çeşməsi - gözün yaş çıxan yeri, buruna tərəf olan yeri. [Cavad] çox kövrəlmişdi, lakin özünü toxtatdı, gözlərinin çeşməsinə yığılan yaşı ürəyinə səpib həyəcanını söndürdü.. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed