İzahlı lüğət

ÇEVRİLMƏK

1. məch. Başqa hala salınmaq, başqa şəklə salınmaq, döndərilmək. O başını yellədib bir ah çəkdi dərindən, “Ah ” alova çevrilib saçıldı gözlərindən. B.Vahabzadə.
t-siz. Tez-tez bir haldan başqa hala keçmək. Su donaraq buza çevrilmişdir. - Radium parçalanaraq axırda qurğuşuna çevrilir. “Günəşin tarixi”.
// məc. Dönüb başqa bir şey olmaq, başqa keyfiyyət almaq, başqa bir şeylə əvəz olunmaq. Bulağa gəlirkən [Zöhrədə] olan nəşə indi tamamilə kədərə çevrilmişdi. Ə.Vəliyev. Bir anda Sonanın halı dəyişdi, həsrət və məhəbbət qəribə bir marağa və şübhəyə çevrildi. M.İbrahimov.
məch. İstiqamətləndirilmək, yönəldilmək. Pulemyotlar düşmənə tərəf çevrildi.
Toplara bax, toplara, tanklara bax, tanklara; Od saçan lülələri çevrilibdir gör hara? B.Vahabzadə.
f. Dönmək, devrilmək. Arvad qışqırdı, uşaqlar çığırışdılar, məcməyi üzüqoylu çevrilib, dolmanın hərəsi evin bir küncünə diyirləndi. Çəmənzəminli. Səs-küy artdı, ara qarışdı, üstü içki və yeməklə dolu stollar çevrilib alt-üst oldu. S.Vəliyev.
f. Özünü çevirmək, özünü döndərmək, dönmək. Tərlan yatağında tez-tez o yan-bu yana çevrilir, yata bilmirdi. M.Hüseyn. Midhəd gözlərini açdı, təyyarənin böyrü üstə çevrildiyini ani olaraq duydu. Ə.Vəliyev.
// Üzünü, ya bədənini döndərmək, başqa səmtə döndərmək, dönmək. Faytonçu çevrilib Qəhrəmana baxdı. S.Rəhimov. Ayna çevrilib geri baxdı. Ə.Məmmədxanlı.
məch. Şumlanmaq, sürülmək, bellənmək, təpilmək. Meynəlik çevrilib qurtarmışdır. - Torpaq çevrilmək, nəfəs almaq istəyir. Ə.Vəliyev.
məch. Tərcümə olunmaq. Əsər bir neçə dilə çevrilmişdir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed