İzahlı lüğət

ÇİÇƏK1

is. 1. bot. Çılpaqtoxumlu və örtülütoxumlu bitkilərin ləçək tacından və erkəkciklə dişicikdən ibarət çoxalma orqanı. Alma ağacı çiçəyi. Yasəmən çiçəyi. Sarı çiçək. - [Dilbərgilin] həyətlərindəki yasəmən, ərik, alça, albalı ağaclarının çiçəkləri ətrafa məstedici bir qoxu saçırdı. Ə.Sadıq.
2. Çiçəkləri olan bitki; gül. Gözəllər çiçək dərib, tər buxağa düzərlər.. Q.Zakir. Yer üzündə sevdiyim; Çiçəklərdi, çiçəklər. N.Xəzri.
□□ Çiçəyi çırtlamaq - sevinmək, şadlanmaq, sevincək olmaq. Gördüm ki, qızın çiçəyi çırtladı. S.Rəhimov. Bayaqdan bəri qəm dəryasında boğulan Salehin indi elə bil çiçəyi çırtlayırdı. Ə.Vəliyev. Gül gülü çagırır, çiçək çiçəyi - b ax gül.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed