İzahlı lüğət

ÇİÇƏKLƏNMƏK

f 1. Çiçək açmaq, gül açmaq, çiçəkləmək. Çiçəklənib bar verir sulananda bağ-bağat; Su ilə boz səhrada canlanıb qalxır həyat. N.Rəfıbəyli. Bahar çağı Qubada; Çiçəklənir ağaclar. M.Seyidzadə.
məc. İnkişaf etmək, tərəqqi etmək, çiçəkləmək.
// məc. Abadlaşmaq, abad olmaq. İnsanın tükənməz əbədiyyəti; Çiçəklənir onun sinirlərində. M.Müşfiq. Zəhmətinlə çiçəklənir; Qara qumlu səhralar. Aşıq Hüseyn.
məc. Həyata keçmək, yerinə yetmək. Bir gün olacaq, ürəkdə qalan arzular çiçəklənəcək. S.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed