İzahlı lüğət

ÇİLƏNMƏK

f 1. Damcı-damcı, sıçrantı halında tökülmək; səpilmək. Bəzən su damcıları yağış halında fəhlələrin üstünə səpələnir, üz-gözlərinə çilənirdi. M.Hüseyn. Yaşar arabir üzünə çilənən (f.sif) yağışın soyuqluğunu hiss etmirdi. M.Rzaquluzadə.
2. məc. Səpilmək. Günəş elə bil ki, aşağı endi; Elə bil, daha gur işıq çiləndi. N.Xəzri. Bir yerə buluddan yağış səpələnəndə, o biri yerə günəşdən nur çilənirdi. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed