İzahlı lüğət

ÇİLLƏ

is. 1. Doğuşdan, toydan və ya ölümdən keçən qırxgünlük müddət.
2. Qışın böyük və kiçik çillədən ibarət ilk iki ayı (60 gün). [Mirzə Qoşunəli:] İndi kimə demək olar ki, sən qışın çilləsində, gecə yarısı get, çıx minarənin başına, oradan azan ver? Ə.Haqverdiyev. Qışın çilləsində isti sobanın, közərən buxarının qırağında oturan adam qızmar günləri fikrinə gətirib, damcılı bulağı xatırlayırdı. S.Rəhimov.
Böyük çillə - qışın ilk 40 günü. Qışın böyük çilləsində qəzadan hava çox xoşdur. N.Vəzirov. Kiçik çillə - qışın böyük çillədən sonra gələn 20 günü. Kiçik çillənin çıxmağına on gün qalırdı. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Ç

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed