İzahlı lüğət

CİNS1

is. [ər.] 1. Orqanizmin doğub-törəmə prosesilə bilavasitə və ya bilvasitə bağlı olan və orqanizmlərin çoxunda kişi, ya qadın fərdlərini ayırd etməyə imkan verən əlamətlərin məcmusu, habelə canlı vücudların iki kateqoriyasından (kişi və qadın, erkək və dişi) biri. Kişi cinsi. Qadın cinsi.
// Müəyyən cinsə mənsubiyyət; qadın, ya kişi, erkək, ya kişi. Cins cinsini həmişə cəlb eylər; Yoxdu bu işdə söhbəti digər. S.Ə.Şirvani.
Nəslən keçən müəyyən əlamət və xüsusiyyətlərə malik ev heyvanları və ya başqa heyvanlar qrupu. Qarabağ cinsindən olan at. İt cinsi. Seleksiya nəticəsində yeni qoyun cinsləri almaq.
// sif. mənasında. Yaxşı cinsdən olan, əsilli. - Cins madyan balanı döşündə saxlar. (Ata. sözü). [Həsən xan Alıya:] Eşitmişəm, sənin yaxşı cins atların var. “Koroğlu”.
Soy, nəsil, mənşə, əsil-nəsəb.
□ Bəşər cinsi - insan, adam. [Dərviş:] İns və cinsdən ayrı düşüb, heyvanlara qarışmaqdan qayət usanmışdım. A.Divanbəyoğlu. [Hacı Rəsul:] Belə də səs, belə də məlahət olarını! Düşünürsən ki, bəşər cinsi deyil, nədi, özü də kəndistan yerində. Mir Cəlal.
Növ, çeşid. Ənva cins və nəslə mənsub qədəhlər qalxdı, araq boğazları qıcıqlayaraq keçib getdi. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed