
CİNSİsif. [ər.] Cinsə aid olan, cinslə bağlı olan, cinsi göstərən. Cinsi əlamət. Cinsi hüceyrə. Cinsi tərbiyə. - Miçurin cinsi hibridləşdirmə üsulu ilə aldığı hibrid bitkiləri münbit olmayan qumsal torpaqlarda becərmiş və bu yolla bir sıra şaxtayadavamlı və yüksək keyfiyyətə malik olan meyvə çeşidləri almışdır. M.Abutalıbov.
Paylaşın - Hamı bilsin
|