İzahlı lüğət

CIRILDAMAQ

f Cırıltı səsi çıxarmaq, cırcır eləmək. Arabanın yağlanmamış təkəri cırıldadığından Tərlan qabaqda gedən oğlanın cavabını eşidə bilmədi. M.Hüseyn. On beş gündü ki, Cəmilin kasıb daxmasının qapısı cırıldamırdı. Mir Cəlal. ..'Pəncərənin qabağında pilləkənin taxtaları ara-sıra cırıldayırdı. İ.Hüseynov.
// Cırcırama haqqında. Cırcırama cırıldayır.
// Cırıltılı səs çıxarmaq. Nadir Səfərəli müəllimin sualına yavaş, titrək səslə cavab verdi: - Yaxşı müəllim. - Yox, bu olmadı. Səsin cırıldayır. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

CAN

CEM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed