
CIRILDAŞMAQqarş. Bir yerdə ağız-ağıza verib cır-cır səs çıxartmaq, cırıldamaq. Qarğa kimi çox da qığıldaşmayın! Ay cücələr, bəsdi, cırıldaşmayın! Ə.Nəzmi. ..Suyu qurumuş arxın üstündəki söyüd ağacında cırcıramalar cırıldaşırdı. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|