
CIRILMAQf. 1. Daralmaqdan, çəkilməkdən və ya çox işlənib köhnəlməkdən yıpranmaq, üzülmək, didilmək, kəsilmək. Paltarı cırılmaq. Köynəyin qolu cırılmışdır. Çürümüş parçanın dəxi faydası yoxdur. Bir yandan yamadın, o biri yandan cırılacaq. Məmmədquluzadə. [Qarakişi Nəcəfalıya:] Yorğanı dartarsan cırılar, amma ayağını qarnına yığa bilərsən. B.Bayramov.
Parçalanmaq, partlamaq. Xülasə, Şükür çomağı götürüb çəpərdən keçdi və çatan kimi elə vurdu ki, Kazımın başı qarpız tək cırıldı. Çəmənzəminli. Paylaşın - Hamı bilsin
|