İzahlı lüğət

CIRMAQ1

f. 1. Kağız, parça kimi şeyləri qıraqlarından dartaraq parça-parça, doğram-doğram etmək. [Banıxanım:] Oğul, bu nə gündür düşübsən, sənin üst-başını kim cırmışdır? “Aşıq Qərib”. Gəray deyilən sözü eşitmir, verilən dərsi əzbərləmir, fərşlərin üstündə yumbalanır, dəftər-kitabını cırır, əl-ayaq altına atırdı. S.Rəhimov. Külək [Dürrənin] getməsinə mane olub paltarını sanki cırmaq istəyirdi.. S.Vəliyev.
Cırmaqlamaq. Üzünü cırmaq.
məc. dan. Gizlicə qaçmaq, götürülmək. Qonaqlar ev sahibi ilə.. gülüşdükdə uşaq börkünü başına qoyub, yavaşca otaqdan “cırdı”. Çəmənzəminli. [Yəhya Kamal Dilənə:] [Kişi] bir günün içində hökuməti kəndə tökdü. Mən gecə bağların içindən cırdım. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed