İzahlı lüğət

CIRTDAN

is. 1. Çox xırda adam. Telli də boy atmayır; Cırtdandan balacadır; Yaşıdı Sənəm ondan; Həm sağlam, həm ucadır. M.Dilbazi. Bir də görürsən ki, dağ boyda insan; Bir cırtdan önündə cücədir, cücə. B.Vahabzadə. [Güllü xanım:] ..Eynşteyn deyib ki, cırtdanı nəhəngin başına mindirsən də ondan nəhəng çıxmaz.. B.Bayramov.
// sif. mənasında. Çox kiçik, cılız, sısqa. Əlləzoğlu cırtdan gövdəsini çəkib, bu iri qol-budaqlı adamın qarşısında özünü yığışdırdı. İ.Hüseynov.
məc. Naçiz, dəyərsiz, ləyaqətsiz adam haqqında. [Kərəmov:] Adamlığı, qabiliyyəti etibarilə cırtdan olduğu halda, özünü aslan hesab edir. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed