
CİSMANİsif [ər.] 1. Cismə mənsub, maddi.
Bədənlə, vücudla, bədən quruluşu ilə bağlı olan. Cismani yorğunluq. Cismani işgəncə. - [Kavus Milnirə:] Cismani gözəlliyə bir ruhani hüsn də əlavə olunarsa, tam bir ahəng vücuda gələr. Çəmənzəminli. kit. Maddi, maddi əsaslara dayanan (ruhən ziddi). Cismani aləm. // Şəhvani, insanın nəfsi ilə bağlı, ondan irəli gələn. Cismani hisslər. Cismani yaxınlıq. Paylaşın - Hamı bilsin
|