
CİSMƏNzərf [ər.] Bir cisim olaraq, bir varlıq kimi; bədəncə. Cismən ayrılmaq. - Cismən cərgəmizdə yoxsan da əgər; Sənət dünyasında həmişə varsan. S.Rüstəm. Bugünkü işləri ilə .. [qız] cismən ölüb getmiş atasını ruhən yaşatmağa başlamışdı. S.Rəhman.
Paylaşın - Hamı bilsin
|