
CİVARis. [ər.] Ətraf, yaxın yerlər, ətraf yerlər. [Səfərin] atası Qarabağ xanının Naxçıvan civarında olan bir vuruşmasında öldürülmüş(dü). Çəmənzəminli. [Cəmil bəy Bəypolada:] Oturalım, burası qədər gözəl, baxımlı bir yer bu civarda çox az bulunur.
Cavid. ..İdrisin batalyonu düşmən müdafiəsini birinci olaraq yarıb, şəhərin civarlarına yaxınlaşan ön hissələr içərisində idi. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|