İzahlı lüğət

CİYƏR

ağ ciyər anat. - insan və onurğalı heyvanlarda döş qəfəsində yerləşən tənəffüs orqanı (bu mənada adətən ciyər şəklində işlənir). Həkim Həsənin ciyərində kiçik bir ləkə olduğunu söylədi. Çəmənzəminli. [Heydərqulunun] kürəyindən dəyən güllə sol ciyərini parçalayaraq döşündən çıxmışdı. Ə.Sadıq. Qara ciyər - insan və heyvan bədəninin öd hasil edən və maddələr mübadiləsi ilə bağlı bir sıra mühüm prosesləri törədən daxili orqanı; bağır.
□□ Ciyər dolusu - dərindən. Göyçək ciyər dolusu nəfəs alıb köksünü ötürdü. Ə.Vəliyev. Ciyər eləmək - ürək eləmək, ürəklənmək, cəsarət etmək. Səd parə könül, xövf eləmə tiri-bəladən; Mərdanə bu meydanə qədəm qoy, ciyər eylə. S.Ə.Şirvani. Ciyəri dağlanmaq - bax ciyəri yanmaq. Ciyəri qana dönmək - bərk mütəəssir olmaq, ürəyi qan olmaq. Ciyərim qanə dönüb, dərdü bəla gördüm əcəb. S.Ə.Şirvani. Ciyəri odlanmaq 1) bax ciyəri (od tutub) yanmaq; 2) susuzluqdan yanmaq. Ciyəri (od tutub) yanmaq - bərk mütəəssir olmaq, acımaq. Zakirinəm, ey bivəfa dilbərim; Qoy baxsın üzünə həsrət gözlərim; İntizar çəkməkdən yanır ciyərim. Q.Zakir. Qulu kişi bərk ufuldadı. Elə bil ciyəri od tutub yandı. H.K.Sanılı. Ciyərin yansın! - qarğış ifadəsi. [Telli:] Məni qınayan, ciyərin yansın! Ə.Məmmədxanlı. Ciyərinə od düşmək - b ax ciyəri (od tutub) yanmaq (odlanmaq). Buyurdular ki, vallahi, hər bir qoca, cındır libasda hammal görəndə ciyərimə od düşür, nəfəsim darıxıb az qalır ki, bihuş olub yıxılam. N.Vəzirov. Ciyərini çıxardaram! - hədə, qorxu ifadəsi. Ciyərini dağlamaq (yandırmaq) - bax ürəyini yandırmaq (“ürək”də). [Düşmən başçısı] Qazan xandan hayıf almaq, [xanın] ciyərini dağlamaq istəyirdi. M.Rzaquluzadə. Ciyərini kabab eləmək (etmək) - b ax ciyərini dağlamaq. Ciyərinin başı sökülmək - ürəkdən acımaq, halına yanmaq, bərk mütəəssir olmaq. Xəstə uşağı gördüm, ciyərimin başı söküldü.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed