
CUMMAQf 1. Sürətlə, cəld qaçmaq, cəld getmək, ayaq alıb gəlmək, ya getmək. Evə cummaq. Adamlara tərəf cummaq. - ..Pristav özü atdan düşüb, içəriyə cumdu. M.Hüseyn. Sənəm .. çuvallara tərəf cumdu. Ə.Əbülhəsən.
// məc. Üstünə atılmaq, həmlə etmək. O qədər xoşlanıram tüstüsü çıxcaq kababın; Ac pişiktək cumuram şövq ilə birbaşa ətə. M.Ə.Sabir. Dalmaq, baş vurmaq. Suyun dibinə cummaq. // Məc. mənada. Ələsgər qurbandı belə gəlinə; Sonatək cumubdur eşqin gölünə. Aşıq Ələsgər. ..Kişi sözünü deyib dik-dik baxdı Məhəmməd Həsən əminin üzünə, qeyriləri də gözlərini dikib yerə, fikrə cummuşdular.. C.Məmmədquluzadə. Paylaşın - Hamı bilsin
|