İzahlı lüğət

CÜRBƏCÜR

sif. Müxtəlif. Cürbəcür kitablar almaq. Cürbəcür tamaşalara baxmaq. Cürbəcür şəhərlər gəzmək. - Məmmədbağırın başına cürbəcür planlar gəlirdi. S.Hüseyn. Cürbəcür bioloqlar cinsiyyət və irsiyyət haqqında cild-cild elmi əsərlər yazmışlar. M.Rzaquluzadə.
// Növ-növ, hər növ, hər cür, çeşid-çeşid, dürlü-dürlü. Cürbəcür xırdavat. Cürbəcür xörəklərdən yemək. - Hər rəngə çalan cürbəcür cücülər otlara mərcan kimi sarılmışdı. S.S.Axundov. Gövhər xanım yan otaqdan cürbəcür şirniyyat və mürəbbə gətirib süfrəyə düzdü. Q.İlkin.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed