
CÜRDƏKis. Gildən, saxsıdan, şüşədən və s. materialdan qayrılan darboğazlı su qabı. [Çoban:] Çox uzaq getmə, elə oradan mənim cürdəyimi götür, bəri gəl. Ə.Haqverdiyev. [Cəmil] ..balaca saxsı cürdəyi götürüb su gətirdi. Xanıma soyuq su verdi. Ə.Vəliyev. Məişətdə işlədilən müxtəlif formalı səhənglər, nimçələr, kasalar, kiçik cürdəklər, qazanlar öz ornamentlərinin zənginliyi ilə seçilir. “Elm və həyat”.
Paylaşın - Hamı bilsin
|